Mirza Teletoviç | |
---|---|
Mövqeyi | Uzun hücumçu |
Boyu | 205 sm |
Çəkisi | 111 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 17 sentyabr 1985 (39 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirza Teletoviç (serb. Мирза Телетовић; doğ, 17 sentyabr 1985-ci il, Mostar, Bosniya və Herseqovina Sosialist Respublikası, YSFR) — Bosniyalı peşəkar basketbolçu, Bosniya və Herseqovina, Belçika, İspaniya, NBA çempionatlarının oyunçusu. Uzun hücumçu mövqeyində oynamış.
Peşəkar səviyyədə Teletoviç Sloboda Tuzla komandasında 2002/03-cü il mövsümündə debüt etdi. İlk mövsümdə hər oyuna orta hesabla 7,2 xal toplayaraq 2,7 ribaund etdi. İkinci mövsümdə göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşdı. Mirza 26.4 xal və 6.6 ribaund nəticəni göstərdi (liqada 17 matç üçün).[1]
2004-cü ildə Belçika çempionatına keçdi. Burada iki mövsüm Ostende komandasında oynadı. Həm də Avropanın ikinci ən vacib klub yarışmasında - ULEB Eurocupda oynadı. Ortalama hər matçda 6,7 xal topladı.
2006-cı ildə Avroliqada iştirak edən İspaniyanın "Baskoniya" klubuna keçdi. İspaniya çempionatındakı ilk debütü 1 oktyabr 2006-cı ildə komandası bir xal fərqi ilə qazandığı "Valensiya" oyunu oldu - 95-94.[2] Avroliqa debüt mövsümündə hər oyuna 5.3 xal qazandı və 2.8 ribaund etdi. 2007-ci il NBA layihəsində iştirak edəcəyini açıqladı, lakin seçilmədi.
3 iyul 2012-ci ildə Teletoviç Bruklin Nets klubu ilə 15,6 milyon dollar dəyərində üç illik müqavilə imzaladı.[3] 5 Noyabr 2012-ci il tarixində NBA -da ilk debütü baş tutdu: Minnesota ilə matçda 5 xal topladı. 2017-ci ilin dekabr ayında həkimlər Teletoviçin hər iki ağciyərində qan laxtaları aşkar etdilər. Bundan sonra qeyri-müəyyən müddətə oyunlardan uzaqlaşdırıldı. 2018-ci ilin mart ayında Mirza Teletoviç klubdan uzaqlaşdırıldı.[4]
Teletoviç Bosniya və Herseqovina millisinin oyunçusudur. 2003, 2005 və 2011-ci illərdə Basketbol üzrə Avropa çempionatlarında çıxış etmişdir.