Missuri Universiteti (MU) — ABŞ-nın Missuri ştatının Tuson şəhərində ictimai tədqiqat universiteti. MU Missuri ştatının ən böyük universitetidir.[2]
1908-ci ildən Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.[3]
Universitetin məzunları, professor-müəllim heyəti və işçi heyətinə 18 Rodos təqaüdçüsü,[4] 19 Truman təqaüdçüsü,[5] 140 Fulbrayt təqaüdçüsü,[6] Missuri ştatının 7 Qubernatoru[7] və ABŞ Konqresinin 6 üzvü daxildir.[8] İki məzunu Nobel mükafatına layiq görülüb: Frederik Çapman [9] və Corc Smit.[10]
1839-cu ildə Missuri Qanunverici orqanı bir dövlət universiteti üçün vəsait təsis edən Akt qəbul etdi.[11] 1870-ci ildə bu müəssisəyə kollec statusu verildi. Bu akt kollecin əsas kampusunun bir qolu kimi Missuri Mədən və Metallurgiya məktəbinin yaradılmasına səbəb oldu.[12] Sonralar məktəb Müasir Missuri Elm və Texnologiya Universiteti kimi inkişaf etmişdir.
1888-ci ildə Missuri Kənd Təsərrüfatı Təcrübə Stansiyası açılmışdır.
1890-cı ilə qədər universitetin tərkibinə İbtidai sinif müəllimləri hazırlamaq üçün kollec, Mühəndislik kolleci, İncəsənət və Elmlər kolleci, Kənd təsərrüfatı məktəbi, Tibb məktəbi və Hüquq məktəbi daxil idi.[13]
1908-ci ildə MU-da dünyada birinci olduğunu iddia edən Jurnalistika məktəbi açıldı.
1913 — 1914-cü illərdə Ağ Kampus kimi tanınan yeni kampus tikildi.
MU Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura Təhsili - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.
NewsPro–RTDNA sorğusuna görə Missuri Jurnalistika məktəbi bir neçə dəfə ABŞ-da ən yaxşı jurnalistika məktəbi seçilib.[20] O, yerli Milli İctimai Radio Stansiyası KBIA-nı idarə edir və ispandilli radio proqramı olan Radio Adelanteni hazırlayır.
US News & World Reportun 2024-cü ilin reytinqinə görə ən yaxşı onlayn bakalavr proqramı kimi MU-nu ölkə üzrə 339 universitet arasında 28-ci yerdə qərarlaşdırıb.[21]
Universitetdə nüvə reaktoru fəaliyyət göstərir ki, bu da universitetlərdə fəaliyyət göstərən dünyanın ən güclü reaktorudur.[22]
Universitet Missuri ştatında ən böyük kitabxana kolleksiyasına malikdir. 2011-2012-ci tədris ilində burada 3,1 milyon cild kitab, 8,1 mln. mikroforma, 678,596 elektron kitab, 1,7 milyona yaxın dövlət sənədi, 284,000-dən çox çap edilmiş xəritə və 53,000-dən çox jurnal yerləşdirilib. Kolleksiya Ellis Kitabxanasında, Universitet arxivində və kampusdakı 7 xüsusi akademik kitabxanada saxlanılır.
MU Missuri Universitet Sisteminin bir hissəsidir və dörd kampusdan ibarətdir:
Mizzou kampusu
Rolle — Missouri Elm və Texnologiya Universiteti — MS&T
Kanzas City kampusu — UMKC
Sent-Luis kampusu — UMSL
Missuri Universitetinin kampusu Kolumbiya şəhərinin cənubunda yerləşir və Botanika bağı kimi istifadə olunur. Tarixi şəhərciyin mərkəzi Tarixi Yerlərin Milli Reyestrində qeyd olunan tarixi rayon olan Francis Quadrangledə yerləşir və Milli Tarixi Yerlər Reyestrində qeyd olunan bir neçə binadan ibarətdir.
Memorial Union kampusu Missuri Universiteti üçün İcma mərkəzi kimi xidmət edir.[23]
2019-cu ildə Missuri Dövlət Tarixi Cəmiyyətinin yeni qərargahı olaraq Missuri Araşdırmaları üçün yeni Mərkəz açıldı.