Mithun Çakraborti | |
---|---|
benq. মিঠুন চক্রবর্তী ing. Mithun Chakraborty | |
Doğum tarixi | 16 iyun 1950 (74 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Yogita Bali |
Fəaliyyəti | kino aktyoru, siyasətçi |
Fəaliyyət illəri | 1976-cı ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0149822 |
mithun.forum24.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə[1]) — tanınmış hind aktyoru.
Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir.
Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mithun Çakraborti Kino İnstitutunu qızıl medalla başa vurur.
İlk dəfə olaraq 1976-cı ildə "Kral ovu" filmi ilə böyük ekrana gələn Mithun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qazanır. Milli kinofestivalda Çakraborti ölkənin ən yaxşı kino aktyoru adına layiq görülür.
Hindistanda "alternativ kino" sahəsində bir neçə filmə çəkilən Mithun gözlənilməz çevriliş edərək kommersiya filmlərinə gəlir. 1982-ci ildə onun baş rolu oynadığı "Disko rəqqası" filmi ağlagəlməz uğur qazanır. Onun çəkildiyi "Disko rəqqası" filmi keçmiş SSRİ-də fantastik şöhrət qazanmışdı, xüsusilə də Azərbaycanda. Film sovet prokatına 60 milyon manat gəlir gətirmişdi. Mithun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi. Onun yaratdığı "Cimi" obrazı həddindən çox sevilir. Mithun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir.
80-ci illərin sonuna qədər Mithun Çakraborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mithun Çakrabortinin populyarlığı zəifləyir. Bu illərdə o daha çox mənfi rolları oynamağa başlayır. 2005-ci ildə çəkilmiş "Elan" filmində oynadığı beynəlxalq terrorçu rolunu oynayan Mithun bir dəfə belə rollara görə tamaşaçılrdan üzr də istəyib.
Mithun Çakraborti hind aktrisası Yogita Bali ilə evlidir. Onların 3 oğlu, 1 qızları var. Bir oğlu, Mimoh ailənin kino karyerasını davam etdirir.
Son illər Mithun Çakraborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana şəbəkəsi var.