Mixail Botvinnik

Mixail Botvinnik
rus. Михаи́л Моисе́евич Ботви́нник
Mixail Botvinnik (1966)
Mixail Botvinnik (1966)
Ölkə SSRİ SSRİ
Doğum tarixi
Doğum yeri Kuokkala, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Moskva,Rusiya
Dəfn yeri
Təhsili
Titulu Qrosmeyster
Dünya çempionluğu 1948-1957
1958-1960
1961-1963
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Botvinnik (rus. Михаи́л Моисе́евич Ботви́нник; d. 17 avqust 1911 — ö.  5 may 1995) — SSRİRusiya beynəlxalq qrosmeysteri, üç dəfə dünya çempionu, öz dövrünün ən güclü şahmatçılarından biri hesab olunurdu. O, həmçinin kompüter şahmatının təşəbbüsçüsü idi.

Mixail Botvinnik 1911-ci il avqustun 17-də Kuokkalada anadan olmuşdur. Şahmatla 12 yaşından məşğul olmağa başlamışdır. Bir çox dünya çempionlarından və qrosmeysterlərindən fərqli olaraq, onun şahmat müəllimi olmamışdır. Botvinnik hər hansı bir şahmat kitabını təkbaşına öyrənər, öz görüşlərini təhlil edərdi.

Botvinnik (1927)

14 yaşında o, Leninqrad birinciliyinin yarımfinalında çıxış edərək, əla nəticəyə nail olmuşdur 12 mümkün xaldan 11,5 xal toplamışdır. 16 yaşı tamam olanda ölkənin beşinci çempionatında usta normasını ödəmişdir. Botvinnik 1931-ci ildə 20 yaşında ikən ilk dəfə olaraq ölkə çempionu adını qazanır.

Botvinnikin şahmatda növbəti vəzifəsi beynəlxalq aləmdə şöhrət qazanmaq, mühəndislik fəaliyyətində isə elmlər namizədi diplomunu almaq idi. 1935-ci ildə II Moskva beynəlxalq turnirində LaskeriKapablankanı geridə qoyaraq, Florla birlikdə 1–2-ci yerləri bölüşdürdü. Bir il sonra isə beynəlxalq Nottingem turnirində Alyoxini,Eyveni, Laskeri ötərək, Kapablanka ilə 1–2-ci yerləri bölüşdürdü.

Dünya çempionluğu

[redaktə | vikimətni redaktə et]

1947-ci ildə FİDE beş qrosmeysterin arasında çempion adını qazanmaq üçün turnir təşkil etdi. Bir ildən sonra keçirilən matç Botvinnikin qələbəsi ilə nəticələndi. Beləliklə Botvinnikin 15 illik "şahlığı" başlanır. Düzdür, bu müddət ərzində o iki dəfə—1957-ci ildə Vasili Smıslova və 1960-cı ildə Mixail Tala öz tacını uduzmuşdur, lakin hər dəfə bir il sonra keçirilən təkrar matçda çempion adını yenidən özünə qaytarmışdı.[1]

  1. Azər Zeynallı, Pərviz Əliyev, Şahmat aləminə səyahət, səh 59, Bakı 1986

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]