Mixail Laxanodrakon | |
---|---|
yun. Μιχαήλ Λαχανοδράκω | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | 792 |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Bizans imperiyası |
Rütbəsi | strateq |
Döyüşlər |
Mixail Laxanodrakon (yun. Μιχαήλ Λαχανοδράκων) — Bizans sərkərdəsi və V Konstantin (hak. 741–775) hakimiyyəti dövründə ikonomaxiya tərəfdarı. O, ikonomaxist səylərinə görə yüksək vəzifəyə sahib olmuş, Frakisi femasının hakimi təyin edilmişdir. O, ixonofil əməllərə, xüsusilə də monastırlara qarşı sərt tədbirlər görmüşdür. Laxanodrakon həmçinin, 782-ci ildə vəzifəsindən azad edilənə qədər Abbasi xilafətindəki ərəblərə qarşı müxtəlif yürüşlər etmişdir. İmperiyadakı nüfuzunu geri qazanan Laxanodrakon 792-ci ildə, bulqarlara qarşı olan Markeli döyüşündə həlak olmuşdur.