Miyakecima

Miyakecima adası
yap. 三宅島
Ümumi məlumatlar
Sahəsi 55,48 km²
Uzunluğu
  • 11 km
Eni 8 km
Hündür nöqtəsi 815 m
Əhalisi 2.324 nəfər (2009-cu il)
Yerləşməsi
34°04′55″ şm. e. 139°31′34″ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriya
Miyakecima adası xəritədə
Miyakecima adası
Miyakecima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miyakecima (yap. 三宅島, みやけじま) — vulkan məşəlli ada Sakit okeanda yerləşir. İzu adaları qrupuna daxildir. Qrupun üçüncü böyük böyük adasıdır. İnzibati cəhətdən Tokio prefekturasının Miyake dairəsinə daxildir[1].

Adanın mərkəzində Oyama vulkanı yerləşir[2]. 2000-ci ildə hündürlüyü 775 m təşkil edirdi. 1085–1983-cü illərdə vulkanın 15 dəfə püskürməsi müşahidə edilmişdir. Lava axınları zamanı axın kraterdən deyil onun ətək hissələrində olan mənbələrdən baş verir. Axıntılar əsasən bir başa okeana tökülür. 1962[3]-ci ildə baş vermiş püskürmə zamanə adada yaşayan uşaqlar oradan köçürülmüşdür. 1983-cü il püskürməsi isə Ako qəsəbəsindən 70% ərazisi lavanın altında qalmışdır. 2000-ci il püskürməsi zamanı kraterdən zəhərli vulkanik qaz çıxdığından ada əhalisi tamamən köçürülmüşdür. Qadağalar aradan qaldırıldıqdan sonra belə zəhərli qazın sızması müşahidə edilir. Vulkan Coğrafiya İnstitutu və Elmi-Araşdırma mərkəzləri tərəfindən tam nəzarət altındadır.

Adada 12 sintoistlərə məxsus məbəd vardır. Ada öz adını buradan götürmüşdür. Digər əfsanəyə görə VIII əsrdə adaya Tacihi-no Mahito Miyakemaro adlı bir aristokrat gəlmiş və adanı onun adı ilə adlandırmışlar. XIX əsrin ortaları ada siyasi dustaqların saxlama yeri rolunu oynamımdır.

Ada zəngin flora və faunaya malikdir. Burada 230 növ vəhşi quş yaşayır. Əsas gəlir mənbəyi balıqçılıqdır. Ada Fuci-Hakone-İcu milli parkı ərazisinə yerləşir.

  1. Nussbaum, Louis-Frédéric. (2005). "Izu Shotō," Arxivləşdirilib 2021-04-03 at the Wayback Machine Japan Encyclopedia, p. 412.
  2. "Arxivlənmiş surət". Archived from the original on 2008-04-30. İstifadə tarixi: 2016-01-28.
  3. "Arxivlənmiş surət". 2005-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.