Mişa Blek

Mişa Blek
Misha Black
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Atası Lyonel Çernıy
Anası Sofiya Dvinska
Milliyyəti yəhudi
İxtisası dizayner, arxitektor
Fəaliyyəti memar
Mükafatları Minerva mükafatı

Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor.

Mişa Blekin dizaynları
Kernebi küçəsi nişanı
R2 sinfi qatar
Elektrik velosiped prototipi (1946-cı il)
1967-ci il qatarı

Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub.[1] 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb.

Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur.

Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur. London metropoliteninin Viktoriya xəttində hərəkət edən 1967-ci il qatarlarının dizaynı da ona məxsusdur. 1978-ci ildə, ölümündən sonra Mişa Blek mükafatı təsis olunmuşdur.[2] Maks Blekin kiçik qardaşıdır.

  1. "Centenary of Azerbaijan-born London designer Professor Sir Misha Black OBE RDI PPSIAD FRSA (1910-1977)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.
  2. Spencer, Charles Samuel (2007). "Black, Sir Misha". In Skolnik, Fred; Berenbaum, Michael. Encyclopedia Judaica. 3: Ba-Blo. Granite Hill. ISBN 9780028659312.