Moldova Futbol Federasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1990 |
FİFA üzvlüyü | 1994 |
UEFA üzvlüyü | 1993 |
Prezident | Leonid Oleiniçenko |
Vebsayt | http://www.fmf.md/ |
Moldova Futbol Federasiyası (rum. Federaţia Moldovenească de Fotbal) — Moldovada futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Moldovanın paytaxtı Kişinyov şəhərində yerləşir.
Hazırkı prezident Leonid Oleiniçenkodur.
1990-cı ildə yaradılmışdır. 1993-cü ildən UEFA-nın, 1994-cü ildən isə FİFA-nın üzvüdür.
2016-cı ilin oktyabrında UEFA-nın dəstəyi ilə hazırlanmış federasiyanın emblemi yenilənib. O, əsas elementi olan qalxan formasını saxlayır — cəsarət, qələbə və gücü simvolizə edən, rənglənmiş qartalla tamamlanan top və Moldovanın gerbinə istinad edir.[1][2]
Federasiyanın himayəsi altında futbol üzrə Moldova çempionatı, futbol üzrə Moldova kuboku və futbol üzrə Moldova Superkuboku keçirilir. Assosiasiya ölkənin əsas komandasının da daxil olduğu milli futbol komandalarının fəaliyyətini və idarə olunmasını təşkil edir.