kənd | |
Molla Bəyazid | |
---|---|
40°06′52″ şm. e. 44°00′44″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 865 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Molla Bayazid — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3]
Rayon mərkəzindən 5 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində yerləşir.
1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xanzirək nahiyəsində kənd adı kimi çəkilir[4][5]. Ehtimal ki, kəndin əsasını qoymuş ruhani şəxsin-Molla Bayazidin adındandır[6][7]. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur.
Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürülmüş, azərbaycanlılar isə kənddən sıxışdırılıb çıxarılmışdır. 1918–1919-cu illərdə əhalisi tamamilə qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.[8]