Molodaya qvardiya | |
---|---|
Təsis tarixi | 1922 |
Ölkə | |
Dil | rus dili[1] |
ISSN | 0131-2251 |
OCLC nömrəsi | 179990148 |
hatushin.ru/index.php?op… |
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya aylıq jurnalı. Jurnalın məzmunu ədəbiyyat və siyasətə yönəlmişdir.
"Molodaya qvardiya" 1922-ci ilin mayında Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olaraq təsis edilmişdir. 1922-ci ildən çıxır. Buna baxmayaraq, 1942–1947-ci illərdə çıxmamış, 1947–1956-cı illərdə isə gənc yazıçıların almanaxı kimi fəaliyyət göstərmişdir. Yerli və xarici ölkə yazıçılarının əsərlərini (mövzusu əsasən, gənclərin həyatından götürülmüş), publisistik, ədəbi-tənqid məqalələri nəşr edir. Jurnalda Azərbaycan yazıçılarının da əsərləri çap olunmuşdur. "Molodaya qvardiya" jurnalı 1972-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1982-ci ildə tirajı 652 min nüsxə idi.[2]