Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Monoaminoksidaza — Monoaminoksidaza (MAO, FAD-asılı aminooksidaza (1)-monoaminləri oksidləşdirmə- dezaminləşmə yolu ilə onların metabolizmində iştirak edir. MAO həm endogen monoaminləri-neyromediatorları və hormonları, həm də qida və dərman maddələıri ilə orqanizmə daxil olan ekzogen monoaminlərin metabolizmində iştirak edir. Beləliklə, bu ferment endogen monoaminlərin sinir hüceyrəsi üçün daha çox vacib olan qatılığını normal səviyyədə saxlanılmasında mühüm rol oynayır, həm də onların orqanizmə qida vasitəsilə daxil olmasının məhdudlaşdırılmasında və orqanizm üçün zərərli olan endogen monoaminlərlə oxşar olan bioloji fəal maddaələrin metabolizmində iştirak edir.
MAO-nun iştirakı ilə oksidləşmə- dezaminləşməyə məruz qalan maddələr MAO-nun substratları adlanır. Monoaminoksidazanın iki tipi vardır: MAO-A və MAO-B. Quruluşlarina görə bu zülallar oxşar olsalar da, (onların amin turşu ardıcıllığı 70% uyğun gəlir), onlar funksiyalarına substrat və inhibitor spesifikliyinə görə fərqlənirlər. MAO-A-nın substratları-adrenalin, noradrenalin, serotonin, histamin, dofamin, MAO-B-nin substratları isə feniletilamin və benzilamindir.
Hər iki tip monoaminoksidaza hüceyrələrin mitoxondrilərinin xarici membranlarında yerləşir. MA0-A əsasən qaraciyər hüceyrələrində, mədə-bağırsaq traktında, MAO-B isə trombositlərdə lokalizasiya olunmuşdur.
Onurğalıların baş beynində MAO-B-nin fəallığı və miqdarı qocalma prosesində artır. MAO-A-nın fəallığı isə demək olar ki, dəyişmir.
2- propinilaminin törəmələri müəyyən qatiliq diapazonlarinda MAO-nun izofermentlərinin spesifik inhibitorlarıdır. Belə ki, xlorgilin aşağı qatılıqlarda MAO-A-nın fəallığını ləngidir, qatılığı artdıqda isə hətta MAO-B-nin də fəallığını inaktivasiya edir. Selegilin isə aşağı qatılıqlarda MAO-B-nin fəallığını inaktivasiya edir.[1]
MAO-endogen inhibitoru olan tribulinin miqdarı müxtəlif stres və həyəcan durumlarında sidikdə artır.[2] Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, benzodiazepinlərin yeridilməsi stres zamanı sidikdə tribulinin artan miqdarını aşağı salır.[2] Tribulinin komponentləri-izatin, 4-hidroksifeniletanol, indolsirkə və 4-oksifenilsirkə turşularının efirləridir.[2][3]
MAO-nun fəallığının təyin edilməsi metodları arasında spektrofotometrik üsul sadəliyinə görə seçilir[4](7,8,9).MAO-nun oksidləşdirici təsiri nəticəsində kunuraminin 360 nm dalğa uzunluğunda miqdarının azalmasının təyin edilməsinə əsaslanan bu metod reaksiya sürətinin fasiləsiz olaraq registrasiya edilməsinə imkan verir.(8). Monoaminlərin oksidləşmə məhsullarının qatılığının artmasına görə monoaminoksidaza reaksiyasının sürətinin fasiləsiz olaraq registrasiya edilməsi mümkündür(7,9). Kunuraminin oksidləşməsi nəticəsində 4-hidrooksixinolin əmələ gəlir və onun qatılığı 327 nm dalğa uzunluğunda təyin edilir. Oksidləşmə substratı kimi benzilamindən istifadə etdikdə reaksiya məhsulu olan benzaldehidin qatılığının artması 250 nm dalğa uzunluğunda registrasiya edilir (7,2).
Yeni Zelandiyada aparılan tədqiqatların nəticələrinə görə ailədə zorakılığa məruz qalmış uşaqlar arasında MAO- A-nın yüksək fəalliğini təmin edən genin olduğu oğlan uşaqları aşağı fəallığa malik olan digər gen daşıyıcılarından fərqli olaraq asosial davranışa az meyilli olurlar.Yüksək təminatlı ailələrdə böyümüş uşaqlar arasında MAO-A geni ilə asosial davranış arasında əlaqənin olmadığı, başqa sözlə, müəyyən genetik xüsusiyyətlərə malik olan şəxslər valideynlərin kobud rəftarlarına qarşı zəif qorunmuş olurlar. Bu tədqiqatlar alimləri asosial davranışın irsi meyilliliklə ilə əlaqədar olması fikrinin nə dərəcədə düzgün olması barədə fikirləşməyə məcbur etdi.