Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Monqol ceyranı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Monqol ceyranı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Monqol ceyranı, və ya Buxaqlı antilop[3] (lat. Procapra gutturosa, Gazella gutturosa) — Cütdırnaqlılar dəstəsinə, Boşbuynuzlular fsiləsinə aid ceyran növü. Orta ölçülü antilopdur. Onlar əsasən yarımsəhra, quru çöl ərazilərində yaşayırlar.
Erkəklər 24–39 kq, dişilər isə 20–28 kq çəkiyə malik olurlar. Erkəklərin uzunluğu 105–148 sm, dişilərin isə 110–121 sm-dir. Erkəklərin hündürlüyü 62–84 sm, dişilərdə 54–74 sm təşkil edir.
Erkəklərin buynuzları tünd-boz qara olub 18–28 sm-dir. Dişilərin isə buynuzu olmur. Xəzi yuxarı hissəsi sarı-qum, aşağı nahiyələri isə ağ rəngdə olur. Yayda onun kürkü parlaq ton, qış dövründə uzun olmaqla yanaşı rəngi yüngül qəhvəyi olur. Yüksək sürətə malik olmaqla yananaşı yaxşı üzgüçü olurlar. Yayda onlar əsasən günlük, qışda isə qünün çıxan dövrləri fəal olurlar. Onlar çoxlu səyahət edirlər, miqrasiya yaz və payız ayları müşahidə edilir. Məsafə və istiqaməti hava və qida mövcudluğundan asılı olaraq dəyişir. Yay ayları 20–30 baş, qışda isə 100 başdan ibarət qruplara rast gəlinir. Bəzən isə hətta 5000 başdan ibarət olan qrupa rast gəlinmişdir. 2007-ci ildə Monqolustanda bir milyon monqol ceyranının bir yerə toplanması müşahidə edilmişdir[4]. Sayları təxminən 1,5 milyon baş olması ehtimal edilir. Say baxımından bu canlılar dünyanın ən böyük sürüsünə sahib olan canlılarındandır. Hazırda saylarının artıb azalması haqqında dəqiq məlumat yoxdur. Xəstəliklər və ağır qış əhəmiyyətli dəyişikliklərə məruz olduğu bilinir. Çütləşmə payızın sonları və qışın əvvəllərinə təsadüf edir. Dişilərə sahiblənmə məqsədi ilə döyüşlər baş verir. Rəqabət güclü olsa da döyüşlərdə nadir hallarda ölüm qeydə alınır. Balaların doğulması iyun və ya iyul aylarında baş verir. Boğazlıq 6 ay davam edir. Balalar doğulduqdan bir necə gün sonra anası ilə yola çıxa bilir.
Monqol ceyranı əsasən Monqolustan və Çinin səhra və yarımsəhra bölgələrində yayılmışlar. Rusiyanın Tuva Respublukası, Altay respublikası və Çita ərazilərində yayılmışdır. Rusiya ərazisində sayları az olduğundan ölkənin Qırmızı kitabına daxil edilmişdir.