Monte Melkonyan

Monte Melkonyan
erm. Մոնթե Մելքոնյան
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1957(1957-11-25)[1]
Doğum yeri
Vəfat tarixi 12 iyun 1993(1993-06-12)[1] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu, ASALA, Dağlıq Qarabağ Respublikası
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Xidmət illəri 1979–1993
Rütbəsi polkovnik-leytenant, podpolkovnik[d]
Komandanlıq edib
Döyüşlər
Təltifləri Artsax Qəhrəmanı Ermənistanın Milli Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monte "Avo" Melkonyan (erm. Մոնթե Մելքոնյան; 25 noyabr 1957[1], Viseyliya[d], Kaliforniya, ABŞ[1]12 iyun 1993[1], Mərzili, Ağdam rayonu) — erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu, podpolkovnik. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş Azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak etmişdir.[2]

Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlamışdır.

1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir, lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşamışdır.

1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edirdi.[3]

Monte Molkonyanın öldürülməsi ilə bağlı Azərbaycan ictimaiyyətində iki məşhur iddia var:[4][5]

  • Yüksək səviyyədə təbliğ edilən iddiaya görə, M. Melkonyan İbad Hüseynov tərəfindən öldürülmüş, daha sonra isə başı kəsilmişdir.[6][7] Lakin, M. Melkonyanın dəfni zamanı başının yerində olması ictimaiyyətdə müəyyən suallar yaratmışdır.
  • Digər bir iddiaya görə isə, 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə Rizvan Məmmədvəliyevin komandiri olduğu 258 nömrəli PDM-in ekipajı tərəfindən açılan atəşlə öldürülüb.[mənbə göstərin]
  1. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #135887801 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Xocavənd şəhərində terrorçu Monte Melkonyanın abidəsi söküldü - FOTO". KONKRET. 26 sen 2023.
  3. "8 gün erməni əsirliyində qalan Dürdanə". 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
  4. Quşlar xəbər gətirdi ki, Monte Melkonyan sağdır Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine — Səxavət Məmməd, olke.az, 30 iyun 2016
  5. Monte Melkoniyanı kim öldürüb? Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine — musavat.com, 23 oktyabr 2012
  6. "Doğma torpağın oğlu". www.anl.az.
  7. "Azərbaycan Respublikasının Milli Qəhrəmanları". milliqahramanlar.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]