Tarixi dövlət | |||||
Monteneqro krallığı | |||||
---|---|---|---|---|---|
Краљевина Црна Гора Kraljevina Crna Gora | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Çetinye | ||||
Dilləri | serbcə | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | Pravoslavlıq | ||||
Valyuta | Monteneqro perperi | ||||
Əhalisi |
|
||||
İdarəetmə forması |
dualist monarxiya (1910—1914) mütləq monarxiya (1914—1918) işğal olunmuş dövlət (1916—1918) |
||||
Monteneqro kralı | |||||
• 1910 - 1921 | I Nikolay Petroviç | ||||
Tarixi | |||||
• 15 yanvar 1916 | Avstriya-Macarıstan İmperiyası Avstriya-Macarıstan tərəfindən işğal edilməsi | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Monteneqro Krallığı (serb. Краљевина Црна Гора / Kraljevina Crna Gora) — 1910-1918-ci illərdə (de-fakto 1916) Balkan yarımadasında mövcud olmuş dövlət . Krallığın paytaxtı Çetinye şəhəri idi. Dövlət pul vahidi Monteneqro perperi idi.
Monteneqro Krallığı, 28 Avqust 1910-cu ildə Çetinye şəhərində Monteneqro knyazı I Nikolay Petroviç tərəfindən elan edildi, eyni zamanda o, Monteneqro kralı I Nikolay titulunu aldı. 1912-1913-cü illərdəki Balkan müharibəsi kralın aktiv fəaliyyəti ilə əlamətdar qaldı, eyni zamanda krallığın dağılma səbəblərindən biri oldu. Belə ki, Monteneqro serb qüvvələri ilə birlikdə, 30 may 1913-cü ildə Sancak bölgəsi də daxil olmaqla, bir sıra ərazini əldə etməyi bacardı. Yeni hökümdarlarını heç bir şəkildə dəstəkləməyən əhalisi olan əhəmiyyətli bir ərazinin Monteneqronun tərkibinə daxil olması böhrana doğru ciddi bir addım oldu. Bundan əlavə, Böyük güclər yenicə müstəqillik qazanan Albaniyanın Şkoder şəhərinin azad etməsini tələb etdi, Monteneqro isə bu şəhər uğrunda Osmanlı İmperiyası ilə döyüş zamanı təxminən 10000 nəfər qədər itki vermişdir.
Birinci Dünya müharibəsi dövründə (1914-1918) Monteneqro, Antantanın müttəfiqi idi. 1916-cı il yanvarın 15-dən 1918-ci ilin oktyabr ayınadək ölkə Avstriya-Macarıstanın işğalı altında idi.
20 iyul 1917-ci ildə Korfu bəyannaməsinə əsasən Monteneqronun Serbiya ilə birləşməsi elan edildi. 26 noyabr 1918-ci ildə Monteneqro rəsmi olaraq Serbiya Krallığının bir hissəsi oldu. Bununla razılaşmayanlar, xüsusən də köçkün kral I Nikolanın tərəfdarları bir neçə il partizan müqavimətini davam etdirdilər.