Morfin | |
---|---|
Ümumi | |
Sistematik adı | (5α,6α)-dehidro-4,5-epoksi-17-metilmorfinan-3,6-diol |
Ənənəvi adı | Morfin |
Kimyəvi formulu | C17H19NO3 |
Empirik formulu | <!—məsələn: С2H6O --> |
Molyar kütlə | 285,34 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 254 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 57-27-2 |
PubChem | 5288826 |
SMILES |
CN1CCC23C4C1CC5=C2C (=C(C=C5)O)OC3C(C=C4)O |
ChEBI | 17303 |
ChemSpider | 4450907 |
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir.
Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir[1][2]. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur[3].
Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur. Əsasən biosintez yolu ilə adı çəkilən bitkilərdən daha doğrusu tərkibində olan durğun sud mayasından (tiryək südündən) alınır: L-tirozin → L-DOFA → retikulin → salutaridin → tebain → kodein, bu keçidlər müvafiq fermentlərin təsiri ilə baş verir. Morfin praktiki olaraq kükürd və oksalat turşularının köməyi ilə bioloji materialdan suyun sıxışdırıb çıxarılması (isolə edilməsi) metodu əsasında əldə edilir.