Musa Carullah Bigeyev | |
---|---|
ərəb. موسى جار الله | |
Doğum tarixi | 24 sentyabr 1874 və ya 1875[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 oktyabr 1949 və ya 1949[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Musa Bigiyev (Musa Bigi, Musa Carullah tatar. Муса Җаруллаһ Бигеев, rus. Муса Яруллович Бигеев; 24 sentyabr 1874 və ya 1875[1], Kikino[d], Penza quberniyası[d] – 28 oktyabr 1949 və ya 1949[1], Qahirə) — görkəmli tatar ilahiyyatçı filosof, publisist. XX əsrin əvvəllərində Rusiya müsəlmanları arasında başlayan cədidizm mütərəqqi hərəkatın liderlərindən biri idi.
Musa Carullah Bigeyev[2] (Penza mişər tatarların qədim transkripsiyalarında Bigi kimi gedir) 25 dekabr 1873-ci ildə[3] Penza quberniyasının Kikino kəndində anadan olub. Onun atası Rostov-na-Donuda axund təyin edildikdən sonra, ailəsi ilə ora köçdü. Bigeyev anadan olduğu vaxta və yerə lazımlı diqqət vermədiyi üçün, hazırda bu məlumatın üstündə mübahisələr aparılır. Dünyəvi və dini təhsil almışdır. Rostov-na-Donuda real məktəbi bitirdikdən sonra Bağçasarayın, Kazanın, Buxaranın mədrəsələrində və Qahirənin qocaman müsəlman Əl-Əzhər universitetində təhsilini dava etdirmişdir. 1905-ci ilin mayında vətənə qayıdanda Çistaylı tacir və işan, həmçinin "Kəmaliyyə" mədrəsəsinin banisi olan Məhəmmədzakir Kəmalovun qızı ilə evləndi.
Peterburqa köçəndən sonra Peterburq İmperator Universitetinin hüquq fakültəsində azad dinləyici kimi mühazirələrdə iştirak edirdi. Əbdürrəşid İbrahimovun "Ülfət" qəzetində onun işləri dərc olunmuşdu. İttifaqi-əl-Müslimin partiyasının yaradılması üzərində işlər görmüşdü. 15 avqust 1905-ci il Nijniy Novqorodda Avropanın ən böyük yarmarkası keçirilən zamanı təşkil olunan Müsəlmanların ilk qurultayında iştirak etmişdir. 1906-ci ildə müsəlmanların ikinci və üçüncü qurultaylarında fəal iştirakçı idi, partiyanın Mərkəzi bürosunun üzvü seçilmişdi. "Ümumrusiya müsəlman ittifaqının nizamnaməsi"nin kitabçasını rus dillində dərc etmişdir. Sonralar qurultayların materiallarını "İslahatların əsasları" kitabında dərc etmişdir. Bigeyev İlahiyyat üzrə əsərlərini 1906-ci ildən nəşr etməyə başladı. O, tezliklə geniş şöhrət qazandı.
1909-ci ilin sonunda o, Orenburqda "Hüseyniyyə" mədrəsəsində qısa keçən pedaqoji fəaliyyətinə başladı. Orada Bigeyev müsəlmanların hüququ, ərəb dili və ədəbiyyat üzrə mühazirələr oxuyurdu. Bu dövrdən Bigeyev öz məqalələrini türkcə Musa Carullah kimi imzalamağa başladı. Quranın tatar dilinə tərcüməsi üzərində işləmişdir. 1912-ci ildə tərcüməni başa çatdırdı, amma onun dərc olunmasına müsəlman ruhanilərinin mürtəce hissəsi arasında gedən mübahisə və Orenburq müftisinin kəskin mənfi qiyməti manə oldu. Bu ruhanilər elə fərz edirdilər ki, Quranı tərcümə etmək gərəkssizdi, onun yerinə çoxsaylı şərhlərli istifadə etmək daha yaxşıdı. Peterburqda tacir Məhəmməd Alim Maqsudovun "Əmanət" nəşriyyatının sahiblərindən idi, burada o, tipoqrafiya üçün şriftlər hazırlayırdı.
Fevral inqilabı günlərində 1917-ci ilin may ayında Moskvada Ümumrusiya müsəlman qurultayında iştirak etmiş və Ümumrusiya müsəlman şurasının üzvü seçilmişdir. 1917-ci ilin sonunda Petroqrad cümə məscidinin imamı oldu. "Al-minbər" qəzetini nəşr etdirirdi. Daha sonra Sovet hakimiyyəti ilə əməkdaşlıq etməyə çalışırdı. Fəalları ilə birlikdə müsəlman icmasının nizamnaməsini tərtib etdi, Tatar uşaqları üçün Tatar dili və türk tatarların tarixi və ədəbiyyatı dərsləri keçirilən məktəbin açılmasına nail oldu.
1920-ci ildə Ufada Bigeyev müsəlman ruhanilərinin qurultayında nümayəndələrə müsəlman cəmiyyətinin yenidən qurulması üçün "Müsəlman millətlərinə çağırış" adlı öz təkliflərini göstərmişdir, bu bir növ islam konstitusiyası idi. Sonradan o, bu çıxışın əsas müddəalarını onun 1923-ci ildə Berlində nəşr olunan "İslamın əlifbası" adlı kitabına yazdı. Bigeyev Hindistana konfransa getmək üçün, Petroqraddan Moskvaya gəlməli olur, elə burda da onu "İslamın əlifbası"na görə həbs edirlər. Bu həbs hiddət doğurdu. Finlandiya tatarları Sovet Rusiyasının dostu Türkiyə hökumətinə kömək üçün müraciət etdilər. İstanbul və Ankaranın aparıcı qəzetləri lahiyyatçını azad edilməsi tələbi ilə teleqram dərc etdilər. Bigeyev Moskvada iki il ərzində hakimiyyətin nəzarəti altında yaşamaq şərti ilə azad edildi. 1924-1926-cı illərdə Bigeyev Moskva şəhərinin Tarixi məscidində İslamın əsasları dərsini deyirdi.
Musa Bigeyev Sovet hakimiyyətinə qarşı gizli mübarizə aparan Azərbaycanlı müsavatçılarla əlaqə saxlayırdı. 1922-ci ildə o, gizli təşkilat olan Müsavatın üzvləri Rəhim bəy Vəkilov və Dadaş Həsənov ilə birlikdə Sovet hakimiyyəti tərəfindən izlənilən Azərbaycan müsavat partiyasının lideri, Azərbaycan Milli Şurasının keçmiş sədri Məmməd Əmin Rəsulzadənin Finlandiya sərhədindən qaçmasının təşkilində iştirak etmişdi.[4]
Sürgündə olan Bigeyevi 1926-ci ilin mayında Məkkədə təşkil olunan konqresdə iştirak etməsi üçün Sovet müsəlmanları nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. Helə orda Bigeyev həcc ziyarətini etmişdir. Eyni zamanda Leninqrad tatarların icması 1926-ci ilin oktyabr-noyabr aylarında Ufada keçirilən ruhanilərin növbəti qurultayına onu öz nümayəndəsi kimi göndərmişdi. Bu qurultayda Bigeyev Elmi şurasının üzvü seçilmişdir.
1927-ci ildə Leninqrada qayıtdıqdan sonra Bigeyev Davakar allahsızların ittifaqının (rus. Союза воинствующих безбожников) fəaliyyətini və hakimiyyətin "Sabiqlər" ilə mübarizə adlı növbəti kampaniyasını izləyirdi. Bu kateqoriyaya proletar və kəndçi mənşəli olmayan hər kəs daxil edilirdi. "Təmizlik işi" istisnasız olaraq bütün təşkilatlarda keçirilirdi. Bir çox mütəxəssislərin işi əlindən alınırdı, onların yerinə vəzifəyə fəal işçilər təyin olunurdu. Bigeyev Leninqrad universitetində müəllimlik vəzifəsini almaqda kömək üçün dəfələrlə akademik Kraçkovskiyə müraciət etmişdi, ərəb, fars və türk dillərini tədris etmək üçün hazır idi. 1929-cu ildə iş tapmaq üçün Əfqanıstan hökumətinə müraciət etdi. Baxmayaraq ki, Bigeyev heç yerdə işləmirdi, o, vergiləri ödəməyə borclu idi, çünki elm işçisi sayılırdı. Şəhər hakimiyyətinin qərarı ilə ruhanilərin və onların ailə üzvlərinin də daxil olmaqla bütöv bir vətəndaş kateqoriyasının əlindən ərzaq talonları alındı. 1930-cu ilin sonunda Bugiyev mühacirət etmək barədə qərar qəbul etdi. Bununla o, təkçə öz həyatını deyil, həm də yaxınlarını da xilas etdi. Davakar allahsızlar ittifaqının fəaliyyətindən qorunmaq üçün öz məskənlərindən getməyə məcbur olan Volqaboyundan tatarlar, Niniy Novqorod və Başqırdıstandan olan müsəlmanlar Azərbaycana və Orta Asiyaya köçdülər.
Bigeyev Moskvadan Şərqi Türkistana qeyri-leqal mühacirət etmiş son müsəlmanlardan idi. Mübaliğəsiz demək olar ki, o, 120 ilahiyyat əsərləri ilə bütün müsəlman dünyasında tanınmış idi, əsərlərin içində Quranın tatar dilinə tərcüməsi də yer almışdı. Ailəsi ilə birlikdə yaşadığı Leninqraddan Moskvaya köçümüşdür, sonra dəmir yolu ilə Orta Asiyaya, ordan da sərhədi keçərək Qaşqara çatdı. Şərqi Türkistandan Əfqanıstana köçdü, orada Məhəmməd Nadir Şahın köməyi sayəsində pasport alıb Hindistana keçdi, sonra Misirə yollanaraq, Atatürkə ünvanlanmış "Türkiyə Böyük Millət Məclisinə Müraciət" adlı işini yenidən nəşr etdi.
1933-cü ildə Berlində yaşamışdı. Az müddət ərzində Finlandiyada yaşayıb işləyirdi, tatar gənclərinə mühazirələr oxuyurdu.
1934-cü ildə o, Finlandiyanı tərk edərək, İran və İraq üzrə səyahətə yollanmışdır. Burada şiə məzhəbini tədqiq edirdi. Hindistanda sanskrit və Mahabharata, Vedalar hinduizm kitabları ilə tanış olmuşdur. 1938-ci ildə Yaponiyaya, Çinə, Yavaya, Sumatraya missionerlik məqsədi ilə səyahətə yollanmışdır. 1939-cu ilin sonunda o, Əfqanıstana gedib Kabildə müvəqqəti məskən salmaq üçün, yenə Hindistana yollandı, lakin müstəmləkə hakimiyyəti tərəfindən həbs edildi və Pişəvərdə iki il yarım həbsxanada keçirtdi. Azadlığa çıxması Bhopal şəhərinin hökmdarı Məhəmməd Həmidullanın müdaxiləsi sayəsində mümkün oldu, amma 1945-ci ilədək o, Pişəvərdə ingilislərin açıq nəzarəti altında qalırdı. Bu period onun elmi fəaliyyətinin məhsuldar dövrü oldu. Bu müddət ərzində o, 8 kitab yazmış və nəşr etmişdir. Müəllif kitablarının satışından gələn gəliri Bombeyli köçkün uşaqlar üçün mədrəsə yaradılmasına bağışladı. 1946-cı ildən Misirdə yaşayırdı, həmçinin tez tez Türkiyəyə də səfər edirdi. Dəfələrlə həcc ziyarətində olmuşdur. 1947-ci ildə vətənə qayıtmağa cəhd atmışdı.
28 oktyabr 1949-cu ildə Bigeyev Qahirədə vəfat etdi. Nəfis Səid məscidində ruhuna dualar oxunmuşdur, Əfifi şəhərinin Xədiviyyə irsi kral qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun iradəsi ilə onun şəxsi kitabxanasında olan kitablar Türkiyənin Milli kitabxanasına verildi.
Yenidənqurma və qlasnostın başlaması ilə unudulmuş ilahiyyatçının adı mətbuat səhifələrinə qayıtdı. Bigeyev soyadı köhnə tatar dillindən tərcümə zamanı təhrif edildi, daha sonra qardaşının da soyadı təhrifə uğradı, o da, Bigiyev oldu.
Kazanda Bigeyevin əsərlərini müasir tatar və rus dillərinə tərcümə edirlər, şəhərin küçələrindən biri onun adını daşıyır.
Vəfatının 50 iliyi ilə əlaqədar 1999-cu ilin noyabr və dekabr aylarında Türkiyə və Rusiya alimləri tərəfindən Kazan və Ankarada simpoziumlar təşkil olundu.
2013-cü ildə Penza vilayətinin Kamensk rayonunda Musa Carullahın 140 illiyi münasibətilə silsilə tədbirlər keçirilmişdir. 23 iyun 2013-cü ildə alimin kiçik vətəni Kikino kəndində məktəbin fasadında bu kəndin məşhur sakinlərinin şərəfinə xatirə lövhəsi qoyulmuşdu. 21 dekabr 2013-cü ildə Kamenka şəhərində "Bigeyevin mənəvi-əxlaqi mütaliələri" keçmişdir, məktəbə Musa Bigeyevin adı verildi, eləcə də məscidin yanında yerləşən bağı onun xatərisinə adlandırıldı.
Bigeyevin nəvələri Rusiya və Ukraynanın müxtəlif şəhərlərində yaşayırlar. Bigeyevin yeznəsi onun şagirdi və filologiya elmləri doktoru Tahircanov Əbdürrəhman Tahiroviç (1907—1983) olmuşdur. Onun başqa qohumu Bigeyev Abdrəşid Museeviç (1917—2010) olmuşdur, hansı ki metallurq alimi, Maqnitoqorsk Dövlət Texniki Universitetinin professoru, RSFSR-in əməkdar elm və texnika xadimi və Maqnitoqorsk şəhərinin fəxri vətəndaşı idi.