Musiqi albomu

Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumatlar verən bukletlər (ing. booklet) ola bilər.[1][2]

Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd mahnısını sinql şəklində buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.

Tanınmış sənətçilər konsert turları başa çatdıqdan sonra yeni mahnılar üzərində işləməyə başlayırlar.[3] Albomların əksəriyyəti 12–13 trekdən təşkil olunur. Musiqiçilər adətən hər iki və ya üç ildən bir yeni albom çıxarırlar. Sənətçilər mahnı yazmaq üçün prodüserlərlə birlikdə çalışırlar. Prodüser bəzən artist meneceri ilə eyni mənada işlədilir. Musiqi prodüseri dedikdə daha çox multi-instrumentalistlər nəzərdə tutulur.[4] Mahnının yazılması prosesi səsyazma studiyalarında həyata keçirilir. Prodüser vokaldan və musiqi alətlərindən alınmış səsi nizamlamağa başlayır ki, hər ikisi birlikdə harmonik şəkildə səslənsin — buna miksinq deyilir. Mahnı üstəlik masterinq olunur, bütün cihazlarla daha yaxşı səslənməsi təmin edilsin deyə (səs sistemləri, qulaqlıqlar, maşın maqnitofonları və s.)

Məşhur musiqiçilər keçmişdə başqa bir albomda buraxdıqları mahnıları yeni albomlarına daxil etmirlər. Sənətçilər albom buraxılmazdan əvvəl aylar öncə buraxılış tarixini elan edə, konsert biletləri sata, albom və merch-lər (albomla bağlı məhsullar) üçün əvvəlcədən sifarişləri aça bilərlər. Albomun buraxılışından əvvəl sənətçi yeni bir neçə mahnısından snippetləri sosial şəbəkə hesablarında (10-15 saniyəlik qısa parça) təqdim edə bilər. Tanınmış sənətçilər yeni albomları ilə birlikdə həm də yeni eralarına başlamış olurlar. Bu zaman sənətçinin musiqisində və tərzində dəyişiklik müşahidə olunur. Hər bir məşhur sənətçinin sadiq fanat bazası var. Bu pərəstişkarlar olmasaydı, yəqin ki, sənətçi bu qədər uğur qazana bilməzdi. Sənətçi öz fanat bazasının sadiqliyini qiymətləndirərək onlara xüsusi ad verir. Belə ki, ABŞ müğənnisi Teylor Svifti sevən dinləyicilər "Swiftie" olurlar.

Albomun buraxılışına bir neçə gün qalmış ölkənin müxtəlif məkanlarında yerləşən albom mağazalarında dinləmə şənlikləri (ing. listening party) keçirilir. Bu toplantıları sənətçinin özü təşkil edir. Yeni albomdakı mahnıları dinləmək istəyən dinləyicilər bu məkanları ziyarət edə bilərlər. Albomlar saat qurşağına görə ilk olaraq Yeni ZelandiyaAvstraliyada buraxılır.

Spotify-da buraxılmış albomlar 320kbps adlanan daha aşağı keyfiyyətli audio formatında, QobuzTidal kimi platformalarda isə albomlar daha keyfiyyətli 24-bit/44.1kHz Flac formatında əlçatan olur.

Albom buraxıldıqdan sonra və ya bir neçə həftə əvvəl sənətçi yeni albomu üçün konsert turları edir. Bu turlar təxminən bir il davam edir.

Səsyazma şirkətləri albomların Yaponiya buraxılışlarına bonus trekləri əlavə edir. Yaponiyada CD və vinillər digər ölkələrə nisbətən daha bahalıdır. Bununla da, musiqisevərlər bonus treklərinə qulaq asmaq üçün Yaponiyadan daha baha qiymətə albom sifariş etməli olacaqlar.

  1. Kreutzmann, Bill; Eisen, Benjy. Deal: My Three Decades of Drumming, Dreams, and Drugs with the Grateful Dead. Macmillan. 2015. səh. 259. ISBN 9781250033796.
  2. Philip Newell. Recording Studio Design. Taylor & Francis. 18 July 2013. 169–170. ISBN 9781136115509. 22 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2017.
  3. "Album Cover Art Series". Rock Art Picture Show. 28 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2012.
  4. "The history of the CD – The 'Jewel Case'". Philips Research. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]