Musiqi icmalı və ya Musiqili revyu — XX əsrdə musiqili teatrın bir qolu olaraq, üzə çıxmış və inkişaf etmişdir.
Musiqi icmalı müasir dövrdə həm Şərq, həm də Qərb Musiqişünaslığı və jurnalistikada geniş yayılmışdır. Gündən-günə yenilənən musiqi texnologiyaları sayəsində musiqi icmalı öz janr mahiyyətini genişləndirmişdir. Belə ki, hazırda musiqi icmalı dedikdə hər yeni gün istehsal edilən CD-disklərin və ya hər yeni gün səhnədə ifa olunan konsertin və ya opera və balet tamaşasının premyerasından dərhal sonra mətbuatda işıqlandırılması başa düşülür. Bu cür yayım musiqi icmalının vacib tərkib hissəsinə çevrilmiş və onu mahiyyətcə musiqi tənqidinə yaxınlaşdırmışdır.