Mustafa Sarıgül | |
---|---|
türk. Mustafa Sarıgül | |
Şişli bələdiyyə başçısı | |
22 aprel 1999 – 2014 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yazıçı, iş adamı |
Həyat yoldaşları |
Gülsüm Köksaloğlu (vəfat edib) Aylin Kotil (boşandı) |
Vikianbarda əlaqəli mediafayllar |
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən).
15 noyabr 1956-cı ildə doğulub.
Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər.
Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir.
İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi. 2008-ci ildə isə boşandılar[1]. Biri Aylin Kotilden olmaqla iki övladı vardır.