Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mxitar Qoş | |
---|---|
erm. Մխիթար Գոշ | |
Doğum tarixi | 1130[2], təq. 1120[1] və ya 1120-ci illər[3] |
Doğum yeri | |
Vəfat tarixi | 1213[3] |
Vəfat yeri | |
Elm sahələri | tarix, hüquq[1], Qanunvericilik prosesi[1] |
Tanınmış yetirmələri | Kirakos Gəncəli, Vardan Areveltsi |
Vikianbarda əlaqəli mediafayllar |
Mxitar Qoş (1130[2], təq. 1120[1] və ya 1120-ci illər[3], Gəncə[3] – 1213[3], Qoşavəng monastırı[3]) — Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biridir. Mxitar Qoş külli miqdarda pritşaların, təmsillərin, məşhur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı (Gəncəli Xosrovun şəhid olması) əsərinin müəlllifidir.
Mxitar Qoş Gəncə şəhərində doğulmuş, öz doğma şəhərini şəhərlərin anası, metropoliya adlandırmışdır. Qoş təxəllüslü məşhur hüquqşünas Mxitar təhsilini əvvəlcə vardapet Tovuzlu Yovhannesdən almış, sonra isə Kilikiyada oxumuşdur. Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq, kilsə mərasimləri məsələlərində, eləcə də kilsə qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Qafqaz Albaniyası maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbinin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşu monastırı)da adlandırırlar.
Vardan Areveltsi və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar haqqında əlimizdə olan məlumatların əksəriyətini Vanakanın yetirməsi, Qoşu özünün mənəvi babası adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.
Mxitar Qoş Gəncədən Xaçına köçmüş və Qetik monastrında məskən salmış, 1131-ci il zəlzələsi monastrı dağıdana qədər burada qalmışdır. Sonra Xaçın knyazı Vaxtanqın və onun yaxın adamlarının köməyi ilə Nor Qetik (Yeni Qetik) monastrını yaratmış və ömrünün sonuna qədər burada yaşamışdır.
Bəzi tədqiqatçılar əssasız olaraq Mxitar Qoşu erməni müəllifi adlandırırlar. Lakin faktlar onun alban əsilli olduğunu sübut edir. Məsələn, Mxitar Qoş əsərin yazıldığı dövrü, ölkənin siyasi vəziyyətini, həmin dövrdə baş verən hadisələri lakonik şəkildə şərh edərək yazır:
"…bizim məmləkətin hakimiyyətdən məhrum olduğu o uzaq illərdə: yalnız Xaçın diyarında cəmi bir neçə knyazın qaldığı o vaxtlarda, Həsən adlı knyazın rahibliyi qəbul etdiyi o günlərdə və onu Xayterk (Fəridə Məmmədovaya görə Aterk) adlı qalada yaşayan və digər knyazların başçısı sayılan oğlu Vaxtanqın dövründə və Kilikiyada böyük knyaz Rubenin dövründə, müzəffər Gürcüstan çarı Georginin öldüyü, baş keşiş Qriqorini Böyük Emənistanda patriarxlıq etdiyi və baş yepiskop Stefanın bizim Alban ölkəsində hakimiyyətdə olduğu dövrdə…
İ. A. Orbeli qeyd edir ki, Qoş bu fraqmentdə özü üçün doğma olan Albaniyanın (Xaçın) böyük knyazını Kilikiyanın böyük knyazına, yaxın gələcəkdə ölkənin kralı olacaq hökmdara bərabər tutur, Albaniyanı bizim çarlıq, bizim Alban ölkəsi adlandırır. İ. A. Orbelinin diqqətəlayiq başqa bir müşahidəsi də odur ki, Mxitar Xaçın knyazlarından danışanda o dövrün güclü erməni tayfalarının nümayəndələri olan Zaxariya və Dolqorukilərin adını çəkmir. Əksinə Qanunnamənin giriş hissəsindən və Kirakos Gəncəlini onun haqqında verdiyi məlumatlardan aydın olur ki, Qoş Albaniyalı xristian olmuş, Alban kilsəsinin vardapeti (müəlllimi) vəzifəsini daşımışdır.
Bütün bu faktlara baxmayaraq, erməni müəllifləri öz əsərlərində Mxitar Qoşun "erməni xalqı qarşısında xidmətləri"ndən danışaraq onu israrla erməniləşdirməyə çalışırlar. Lakin Azərbaycanda Albanşünaslığın ən böyük alimlərindən biri Fəridə Məmmədova öz əsərlərində Qoşun məhz alban tarixçisi olduğunu sübut edir. O yazır:
1)Qoşun dini fəaliyyətləməşğul olduğu yer tarixi Qafqaz Albaniyasının hüdudları olmuşdur:"onun yanında çox adam vaizlik sənətinə yiyələnmişdir, çünki onun müdrikliyi barədə səs-soraq hər yana yayılmışdı, hər yerdən onu yanına gəlirdilər. Sonra Vardapet rütbəsinə malik bir çox adam onun şöhrətini görüb öz rütbəsini gizlədir, onun şagirdlərinə qoşulub oxuyr və təzədən Mxitarın yanına gəlir, rütbə alırdılar. Onun şagirdlərindən bir çoxu Vardapet rütbəsi almaq şərəfinə nail olmuşdu. "(Kirakos Gəncəli, XV fəsil) Kirakosun özünün gələcək müəllimi, Albaniyalı Vanakan və atası erməni, anası Suriyalı olan Melitenli Toros Mxitar Qoşun adlı-sanlı yetirmələri olmuşlar. Bəs onda bunun harası "erməni xalqına xidmət" olur?
2)Qoşun yaradıcılıq fəaliyyəti: albanların, alban torpağının, alban ölkəsinin tarixini əks etdirən, habelə IV əsrdən tutmuş XII əsrə qədərki dövrdə alban patriarxlarının siyahısı verilən Alban salnamələri əsəri, alban katalikosu III Stepanosun xahişi və tələbi ilə yazılmış, alban əhalisinə xidmət üçün nəzərdə tututlan Qanunnamə əsəri, yenə də alban xristianlarının həyatına həsr olunmuş Gəncəli Xosrovun əzablı həyatı adlı aqioqrafik əsəri. Elə yalnız adı çəkilən əsərlərindən görünür ki, Mxitar Qoşun "özünü bütövlükdə erməni xalqına həsr etməsindən" danışmağa belə dəyməz. O ki qaldı A. Ş. Mnatsakanyanın Qoşu və onun Qanunnaməsini erməni xalqının tarixinə bağlamaq cəhdinə, deməliyik ki onun heç bir elmi əsası yoxdur. A. Ş. Mnatsakanyanın verdiyi məlumatlar və onun öz məntiqi həmin fikrin əksini deyir.
A. Ş. Mnatsakanyana görə Qoş gürcü yepiskopu Kyürion haqqında eşidəndən sonra yazmışdır ki, "Syünik və Aqvan taxt-tacının onun səltənətindən daha böyük şöhrətə malik olması onu paxıllıq girdabına saldı və bizi tərk etdi. " Bu passajda A. Ş. Mnatsakanyanın xeyrinə bircə işarə də yoxdur. O, "bizi" əvəzliyindən yapışmağa cəhd göstərir, Xatırladaq ki, Kyürion ermənilərin və albanların mənsub olduqları monofizit təriqətindən əl çəkib uzaqlaşmışdı və buna görə də"bizi" deyəndə Qoş şübhəsiz ki, albanları nəzərdə tuturdu. A. Ş. Mnatsakanyan Qoşu "erməni və dünya hüquq fikrinin dahi nümayəndəsi adlandırır və elə oradaca onun "Ermənistanın Şərq əyalətlərində daha geniş" fəaliyyət göstərdiyini qeyd edir. "Ermənistanın Şərq əyaləti" dedikdə isə istər A. Ş. Mnatsakanyan, istərsə də digər erməni tədqiqatçıları sağsahil Albaniyasını, yəni Kür və Araz çayları arasındakı ərazini nəzərdə tuturlar. Beləliklə hər iki halda Qoşun alban müəllifi olduğu sübuta yetirilir.