Myadininkay qalası

Myadininkay qalası
Xəritə
54°32′21″ şm. e. 25°38′59″ ş. u.HGYO
Ölkə  Litva
Şəhər Myadininkay
Tikilmə tarixi 1385
Material kərpiç
Vəziyyəti muzey kimi fəaliyyət göstərir
TipiMədəni
DövlətLitva
RegionAvropa
KateqoriyaQala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Myadininkay qalasıLitvanın Vilnüs rayonu, Myadininkay qəsəbəsində yerləşir. Litvadakı kastel yipli ən böyük qaladır[1][2].

Qala 14-cü əsrdə inşa edilmişdir. Yazılı mənbələrdə 1385-ci ildən bəri qeyd olunur. Qala divarları ilə əhatə olunmuş sahə 2 hektar ərazini əhatə edir və düzbucaqlı olamayan dördbucaq təşkil edir. Şimal divarın uzunluğu 128,7 m, şərq 161.2 m, cənub 127.7 m, qərb isə 147.9 metrdir. Qala düzənlikdə qurulmuş və şimaldan bir bataqlıqla əhatə olunmuşdur. Divarların hündürlüyü 14–15 m-ə çatır. Divarın qalınlığı 1,8-1.9 m, ən yuxarıda isə 1,6 m-dir. Şimal-şərq küncündə əsas beşmərtəbəli qüllə yerləşir. Digər bir qüllə cənub divarının kənarında, ortasına yaxın yerdədir. Qalanın əvvəllər dörd qapısı vardı (hər divarda bir qapı). Myadininkay qalası Vilnüs şəhəri böyüməyə başlayanda əhəmiyyətini itirdi. Siqismund Herberşteyniın ifadəsinə görə 1517-ci ildə Myadininkay qalas qonşu Krevski qalası kimi artıq tərk edilmişdir. Daha sonra burada bir sıra dövlət idarələri yerləşirdi. Myadininkay qalası 1514-ci ildə Vilnüs mahalının bağ malikanəsi olaraq xatırlandı, malikanənin taxta binaları qala həyətində inşa edilmişdi. 1812-ci ildə Myadininkay qalasının həyətində, geri çəkilən Fransa ordusu bir müddət taxta binalarını yandıraraq soyuqdan qorundu.

1955–1956, 1960–1962-cı illərdə Myadininkay qalası memarlar Siqitas Benjaminas Lasavitskas və Karolis Mekas tərəfindən öyrənilmişdir. 1961-1963-ci illərdə S. Lasavitskasın dizaynına görə qala qorunub saxlanıldı və üç qapısı bərpa edildi. 1970-1973-ci illərdə qərb divarının bir hissəsi memar E. Purlisin layihəsinə uyğun olaraq qorunmuş və bərpa edilmişdir. O dövrdə qala respublika əhəmiyyətli memarlıq və arxeologiya abidəsi olaraq Litva Tarix və Etnoqrafiya Muzeyinə aid idi. 2004-cü ildən bu qala Trakai Tarixi Muzeyinə aiddir. 2012-ci ilin sentyabr ayının sonunda yenidənqurmadan sonra ziyarətçilərin üzünə açılmışdır. Burada Litva Prezident Alqirdas Brazauskasın ov qənimətləri kolleksiyası[3] və qalanın tarixinə həsr olunmuş bir ekspozisiya var. Divarların əsas gülləsinə bitişik həyətlərə və isti vaxtlarda güllənin üst platformasına çıxış açıqdır.

  1. "Medininkai Castle". exploretrakaivilnius.lt (ingilis). 14 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2019.
  2. "Medininkai Castle". trakaimuziejus.lt. 9 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 November 2019.
  3. "Medininkai Castle". visitcastles.eu. 10 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2019.