Mycoplasma genitalium

Mycoplasma genitalium
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Mycoplasma genitalium
Beynəlxalq elmi adı
  • Mycoplasma genitalium[1]

Mycoplasma genitalium və ya qısaca MGkişilərdə uretrada (sidik kanalında) iltihab doğura bilən bakteriya. Penisdən ifrazatın gəlməsinə səbəb olur və işəmə prosesini ağrıverici edir. MG qadınların da reproduktiv orqanlarında (uşaqlıq və uşaqlıq boruları) iltihab doğuraraq ağrı, müəyyən hallarda isə hərarət və qanaxmaya səbəb ola bilər.[2]

Bu infeksiyaya xəstəlik daşıyıcısı ilə prezervativsiz seksual əlaqəyə girərkən yoluxmaq mümkündür. Prezervativdən istifadə edildikdə isə bu infeksiyaya tutulmağın qarşısı alına bilər.[2]

Bu infeksiya ilk dəfə Britaniyada 1980-ci illərdə aşkar olunub və güman edildiyinə görə, o, əhalinin 1-2 %-i arasında yayılıb.[2]

MG heç də həmişə simptomlarla özünü göstərmir və müalicəyə ehtiyac olmur, lakin bu infeksiyaya bəzən fikir verilmir və ya o, seksual yolla yayılan xlamidiya kimi digər infeksiyalarla səhv salınır.[2]

BASHH bu tendensiyanı narahatedici adlandırıb.[2]

MG infeksiyasına qarşı testlər yaradılıb lakin hələlik onlar bütün klinikalarda tətbiq olunmayıb. Bununla belə həkimlər analiz nümunələrinin testdən keçirilməsi üçün İngiltərə Dövlət Səhiyyə laboratoriyasına göndərə bilərlər. Bu xəstəlik antibiotiklərlə müalicə oluna bilər, lakin bəzi dərmanlara qarşı infeksiyanın müqaviməti yarana bilər.[2]

  1. Tully J. G., Taylor-Robinson D., Rose D. L., Cole R. M., Bove J. M. Mycoplasma genitalium, a New Species from the Human Urogenital Tract (ing.). // International Journal of Systematic Bacteriology 1983. Vol. 33, Iss. 2. P. 387–396. ISSN 0020-7713; 1465-2102; 1070-6259 doi:10.1099/00207713-33-2-387
  2. 1 2 3 4 5 6 "Cinsi yolla yayılan MG infeksiyası "superinfeksiyaya" çevrilməkdədir". BBC Azərbaycan (az.). 14 iyul 2018. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]