Müezza | |
---|---|
Məlumatlar | |
Növü | ev pişiyi, fərdi heyvan[d] |
Doğum tarixi | 6th əsr (Julian) |
Doğum yeri | Ərəbistan yarımadası |
Müezza (ərəb. معزة) Məhəmməd peyğəmbərin (s.a.s) pişiyi olduğu nəql edilir[1][2][3]. Hz. Məhəmməd Uhud səfərində, ordunun önünə balalarını emizdiren bir pişik çıxınca, pişiyin yanına bir gözətçi qoymuşdur. Böyük bir ordunu o pişiyin ətrafından keçirmişdir. Səfərdən dönərkən pişiyə sahiblənmiş və adını Müezza qoymuşdur.
Hz. Məhəmməd pişiyi Müezzanı o qədər çox sevərmiş ki, Müezza bir gün kölgəlikdə oturan Hz. Məhəmmədin paltarının ucunda yatıbmış. Hz. Məhəmməd, Müezzanı oyandırmaqdansa paltarının ucunu ehmalca kəsərək qalxmağa üstünlük vermişdir[4]. Müəzzanın suyu içdikdən sonra qabda qalan su ilə dəstəmaz alacaqkən səhabə Kiram Əbu Nuaym (r.a) "Ya Rəsullah, o sudan pişik içdi" deyincə, Rəsulullah "Onlar ən təmiz ağıza sahibdirlər" buyurmuş və dəstəmaz almışdır[5].
Ağ-qara rəngli bir Həbəş pişiyi olan Müezza, ağzının içində, üst damağında ləkələrə sahibmiş. Tez-tez rast gəlinməyən, damağında ləkə olan pişiklərin Müezzanın soyundan gəldiyi deyilir. Müezza çox güman ki, küçə pişiyi idi və Məkkənin isti küçələrindən Hz. Məhəmməd sayəsində xilas olmuşdur. Müezzanın xatirinə pişiklər məscidə girə bilən tək heyvandır[6].