Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edənlər (silahlı qüvvələr, əsgərlər və s.) tərəfindən üzük qaşı kimi əhatəyə alınır. Azərbaycan ədəbiyyatında çox vaxt "mühasirə" sözü "hərbi blokada" ifadəsinin sinonimi kimi işlədilir. Məsələn, A.Çakovskinin Leninqradın blokadasından bəhs etdiyi məşhur rus. "Блокада"" romanı azərbaycan dilinə "Mühasirə" adı ilə tərcümə olunmuşdur[1].
“ MÜHASİRƏ (hərbidə) – düşmənin (rəqibin) müəyyən qruplaşmasını məhv etmək və ya əsir almaq məqsədi ilə onun digər qoşunlardan təcrid edilməsi. Mühasirə geri çəkilən rəqibi təqib etdikdə, əks-hələ və əks-zərbə vurduqda, yaxud sahilboyu əməliyyatlarda həyata keçirilə bilər. Əlverilişli şəraitdə qüvvələrin bərabər olduğu təqdirdə mühasirə mümkündür. Bax həmçinin Hərbi blokada”.[2] |
“ MÜHASİRƏ, isim, (ərəb mənşəli söz). Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələnmə. Düşmənin mühasirəsini yarmaq. mühasirədən çıxmaq.”
Düşmənlər duyuq düşüb aldılar üstümüzü;
|