Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib.
Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir.
Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər.
İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Arami dili — İsa Məsihin ana dili olmuş, on iki həvari arasında bu dildən istifadə etmişdir və Əhdi-Ətiqin də çox cüzi hissəsi bu dildədir.
Koine Yunancası — Əhdi-Cədid bu dildə yazılmışdır. Əhdi-Ətiqin də bu dildə e.ə III əsrə aid Septuaginta adlanan tərcüməsi var. Dil hazırda dini məqsədlər üçün Yunan Katolik və Yunan Ortodoks kilsələrində istifadə olunur.
Geez dili — Efiopiyada müqəddəs dil. Efiopiyalı xristianlar istifadə edirlər. Həmçinin Efiopiya monoteist pravoslav kilsəsi bu dili dini mərasimlər üçün istifadə etmişlər.