Müqəddəs İsa Qəlbi Katedralı (Sarayevo)

Katolik kilsə
Müqəddəs İsa Qəlbi Katedralı
Katedrala Srca Isusova
Xəritə
Yerləşməsi
Ölkə
Şəhər Sarayevo
Memarlıq
İnşa tarixi 1884 – 1889
Tikdirəni Yosip Stadler
Memarı Y. Vantsaş
Üslubu neoqotika
Vəziyyəti fəaliyyətdədir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs İsa Qəlbi Katedralı (bosn. Katedrala Srca Isusova) — Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki katolisizm katedrali. Bura Vrhbosna arxiyeparxiyasının katedralıdır və memarlıq abidəsidir. Ölkənin əsas katolik kilsəsidir, Bosniyanın yeganə kardinalı Vinko Puliçin kafedrası burada yerləşir.

1881-ci ildə Vrhbosna yeparxiyası arxiyeparxiya statusunu aldı, eyni zamanda arxiyepiskopluq soboru statusuna uyğun yeni bir kafedralın tikilməsinə qərar verildi. Tikintinin əsas təşəbbüskarı, ilk Sarayevo arxiyepiskopu Yosip Stadler idi ki, hal-hazırda o, beatifikatsiyaya (müqəddəs adının verilmə prosesi) namizəddir. Katedral 1884—1889-cu illərdə memar Yosip Vantsaş tərəfindən neoqotika üslubunda tikilmişdir. Memarlıqda bir sıra neoroman elementləri var. Katedral, 14 sentyabr 1889-cu ildə Müqəddəs İsa Qəlbi adı naminə təqdis edilmişdir.

1932 və 1985—1989-cu illərdə kafedralda bərpa işləri aparıldı. Katedral, Sarayevo mühasirəsi zamanı bombardman nəticəsində çox sayda ziyan gördü. Müharibə bitdikdən sonra bütün zərərlər aradan qaldırıldı. 1997-ci ilin aprelində Bosniya və Herseqovinaya səfəri zamanı papa II İohann Pavel kafedralı ziyarət etdi.