Müstəmləkə kollecləri

Harvard kolleci Pol Revirin qravyurasında, 1767-ci il
1718-ci ildə əsası qoyulan Yel Universitetinin binası
Dartmurt kolleci 1834-cü il qravyurasında.

Müstəmləkə kollecləri — Amerika Birləşmiş Ştatları müstəqillik qazanana qədər, müstəmləkə dövründə yaranan ali məktəblər.

Müstəmləkə kolleclərinin yeddisi ən nüfuzlu özəl Amerika universitetlərinin daxil olduğu Sarmaşıq Liqasına daxildirlər. Bu yeddi kollec bunlardır: Harvard Universiteti, Yel Universiteti, Pensilvaniya Universiteti, Prinston Universiteti, Kolumbiya Universiteti, Braun UniversitetiDartmut Kolleci (liqanın səkkizinci üzvü — 1865-ci ildə yaradılmış Kornell Universiteti).

İki müstəmləkə kolleci hal-hazırda ictimai universitet olduqlarına görə bu liqaya daxil deyillər. Bunlar — Uilyam və Meri kolleciRatqers Universitetidir. Uilyam və Meri kolleci 1693-cü ildən ABŞ-də vətəndaş muharibəsinədək özəl məktəb idi, sonradan dövlətdən dəstək aldı, 1906-cı ildə ictimai universitet oldu. Ratgert universiteti İkinci Dünya müharibəsindən sonra statusunu dəyişdi.

ABŞ-dəki müstəmləkə kolleclərinin siyahısı

[redaktə | mənbəni redaktə et]
Kollec
(mötərizədə əvvəlkindən fərlənirsə müasir adı verilir)
Müstəmləkə Yaranma ili Dinin təsiri "Sarmaşıq Liqası" üzvlüyü
Yeni kollec
(Harvard Universiteti)
Massaçusets körfəzi 1636 Puritanlıq Bəli
Uilyam və Mariya kolleci Virciniya 1693 İngiltərə kilsəsi Xeyr
Kollegial məktəb
(Yel Universiteti)
Konnektikut 1701 Puritanlıq (Konqreqasionalistlər) Bəli
Filadelfiya akademiyası
(Pensilvaniya Universiteti)
Pensilvaniya 1740 İngiltərə kilsəsi Bəli
Nyu Cersi kolleci
(Prinston Universiteti)
Nyu-Cersi əyaləti 1746 Presviterianlıq Bəli
Rod-Ayler kolleci
(Braun Universiteti)
Rod-Aylen və Providens 1764 Baptizm Bəli
Kral kolleci
(Ratqers Universiteti)
Nyu-Cersi vilayəti 1766 Niderland islahatçı kilsəsi Xeyr
Dartmut Kolleci Nyu-Hemşir vilayəti 1769 Puritanlıq (Konqreqasionalistlər) Bəli