Mütəvəkkil

Əl-Mütəvəkkil
ərəb. أبو الفضل جعفر المتوكل على الله
Əl-Mütəvəkkilin dirhəm üzərindəki təsviri
Əl-Mütəvəkkilin dirhəm üzərindəki təsviri
ƏvvəlkiƏl-Vasiq
SonrakıƏl-Müntəsir
Şəxsi məlumatlar
Doğum tarixi mart 822[1]
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi sui-qəsd
Fəaliyyəti Xəlifə
Atası Əl-Mötəsim
Anası Şuca Əl-Xarəzmi
Həyat yoldaşları Hubşiya
İsaq
Fityan
Qəbihə
Uşaqları Əl-Müntəsir
Əl-Mötəmid
Əl-Mötəz
Ailəsi Abbasilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Əl-Fəzl Cəfər ibn Məhəmməd Əl-Mötəsim (ərəb. جعفر بن محمد المعتصم بالله‎) və ya Əl-Mütəvəkkil (ərəb. المتوكل على الله‎) (d. 822 - ö. 11 dekabr 861) — 10. Abbasi xəlifəsi.

Beləliklə 847-ci ildə xəlifə Vasiq öldükdən sonra oğlu Məhəmmədə biət etmək istədilər. Fəqət Türk sərkərdələri İtah və Vasif bunu rədd edib, xəlifəliyə Vasiqin qardaşı Mütəvəkkili irəli sürdülər və onu taxta çıxardılar.

Mütəvəkkil hakimiyyətinin ilk dönəmində Bizansla aparılan qəzalara türk sərkərdə Buğa əl-Kəbiri göndərmişdi. Buğa qoşunu ilə Anadoluya uğurlu basqınlar etdi. Samsat kimi yerləri fəth etdi.[2] Yenə digər türk əmiri Minkicəvr əl-Fərqani başçılığındakı birlik Bizansın önəmli bir sərkərdəsini əsir almışdı.[3] Tərsus bölgəsi başçılarından Yazman [4];[5] isə bu bölgədən Bizans üzərinə bir çox basqınlar etmişdi.[6]

Sonralar xəlifə Mütəvəkkil öyrətmə nəticəsində türklərin ağalığına son vermək üçün çalışmağa başladı. Bir gün o, şərab içdikdən sonra İtaha hirslənmiş, İtah da bunun qarşılığında onu təhdid edərək sarayı tərk etmişdi. Mütəvəkkil ayıldıqdan sonra qorxusundan ona qarşı önləmlər almağa başlamışdı.

Mütəvəkkil xəlifə olunca Məmunun başlatdığı və Mötəsimlə Vasiqin davam etdirdiyi dini, fikri və siyasi sahələrdə tətbiq edilən dövlət siyasətinə qarşı çıxmağa başladı. Bilindiyi kimi, Məmun dini mövzularda son dərəcə xoşgörülü davranmış, mötəzilə görüşünü mənimsəmiş və mötəzilə ərbabına etibar edərək onların dövlət idarəsində söz sahibi olmalarını qəbul etmişdi. Hətta Quran üzərində də müzakirələr edilir, Quranın məxluq olub-olmadığı dartışılırdı. Xəlifə Mütəvəkkil ilk öncə dini və fikri siyasətini dəyişdirdi. Vəzir əz-Zəyyat və baş qazı Əbi Davudun bərtərəf edilməsi, Əli övladına qarşı olduqca sərt tutumu və Quran üzərində bütün dartışmaları yasaq etməsi, onun təqib edəcəyi siyasəti açıqca göstərmişdi. Mütəvəkkil mötəzilə ilə hesablaşdıqdan sonra türklərin nüfuzunu ortadan qaldırmaq istədi. O, ilk başdan türklərə qarşı, yəni onu iqtidara gətirənlərə qarşı içdən-içə bir güvənsizlik duymaqda idi.

5 dekabr 844-ci ildə türk sərkərdəsi Əşnasın ölümündən sonra İnaq onun yerinə keçmişdi. Xəlifə ordularının baş sərkərdəliyi ordudan əlavə bəzi bölgələrin valiliyindən də məsul idi. Digər bir deyimlə imperiyada xəlifədən sonra ikinci qüdrətli şəxs İnaq idi. Bu üzdən Mütəvəkkilin ilk hədəfi İnaq olmuşdu. Xəlifə bir içki məclisində içkinin təsiri ilə İnağa ağır sözlər söyləyərək içindəkiləri açığa çıxardı. Bu həqarətə İnaqın cavabı çox sərt oldu. Ancaq ertəsi gün xəlifə durumu düzəltməyə çalışdı. Bəzi qaynaqlarda bu şəxs İnaq deyil, İtah olaraq yazılmışdır. Əslində İnaq və İtah eyni şəxsdir.

İnağın əlində olan geniş iqtidar imkanından dolayı xəlifənin gözlərinə qorxusundan yuxu da gəlmirdi. Ancaq İnağın şübhəsini çəkməmək üçün ona yeni vəzifələr verərək mərkəzdən uzaqlaşdırma yollarını arayırdı. 849-cu ildə İnaq həccə getmək üçün xəlifədən izin istədi. Aradığı fürsəti ələ keçirən Mütəvəkkil İnaqa dərhal izin verdi. İnaq həccə getmək üçün Samirədən ayrıldı. Onun hərəkətindən dərhal sonra Mütəvəkkil Vasifi onun yerinə baş sərkərdə təyin etdi. İnaq daha həccdə ikən tahirilərdən Bağdad mühafizi İshaq ibn İbrahimə bir məktub yazan Mütəvəkkil, İnaqın Samirəyə dönməsinə mane olmasını və fürsət tapıb, onu öldürməsini əmr etdi. Xəlifənin bu əmrini yerinə yetirmək üçün hazırlanan İshaq, Bağdad yaxınında İnaqı qarşıladı. Və daha öncə hazırladığı köşkünə apardı. Bir hiylə ilə adamlarını uzaqlaşdırdıqdan sonra 25 noyabr 849-cu ildə İnaqı öldürdü.

İnaqı öldürtdükdən sonra da Mütəvəkkil türklərlə mübarizəsini sürdürdü. Türkləri mühafiz birliklərindən uzaqlaşdırmağa girişdi. Türklərin təhdidini ortadan qaldırımaq üçün qeyri-türklərdən əsgəri birliklər təşkil etməyə başladı.

Mütəvəkkil xilafətinin ilk illərində vəliəhdlik məqamına oğlu Müntəsiri təyin etmişdi. Xilafətinin son illərində vəzirlərinin də təsiri ilə digər oğlu olan Mötəzi vəliəhd təyin etdi.

Xəlifə Mütəvəkkil üzərinə türklərin basqısının getdikcə artdığını onun Samirəni tərk etmə qərarından anlaya bilirik. 8 mart 858-ci ildə Dəməşqə getmək üçün Samirədən ayrılmışdı. Bir müddət Samirədə qaldıqdan sonra Samirənin yaxınlığında əl-Məhuza geri dönmək məcburiyyətində qalmışdı. Dövlət işlərini oraya daşıyaraq bu yerin adını da əl-Cəfəriyə qoydu.

Türklər xəlifəni öldürməyə qərar verdilər. Fəqət Böyük Buğa buna əngəl oldu. Buna görə türklər xəlifə ilə Böyük Buğanın arasını vurmaq istədilər. Xəlifənin çadırına atdıqları bir məktubda Buğanın xəlifəni öldürmək istədiyini yazdılar. Buna görə Mütəvəkkil İrağa dönməyə tələsdi. Buğanı da Bizansa səfər etməyə məmur etdi. Bu yolla da xəlifə ona sadiq olan bir sərkərdənin himayəsindən məhrum oldu. Mütəvəkkilin Samirəni tərk edib Dəməşqdə qısa müddət qalıb, yenidən Samirəyə dönüşü tamamilə türklər ilə olan münasibətlərinin pozulmasından irəli gəlmişdi. Xəlifə özünə güvənəcəyi yer ararkən Dəməşqi seçməsi son dərəcə doğru bir qərar imiş. Əməvi xilafətinin mərkəzi olan bu şəhər eyni zamanda ərəb milliyətçiliyinin də mərkəzi idi. Əməvilərin izlədiyi ərəbçilik siyasətinin həsrətini çəkənlər, əlbəttə yad-yabançı bir ünsürə qarşı Mütəvəkkili dəstəkləyəcəkdilər.

Dəməşqdən geri döndükdən sonra xəlifə və türklər arasındakı ixtilaf daha da dərinləşdi. Bu dəfə səhnədə Mütəvəkkilin oğullarından vəliəhdliyi əlindən alınmış olan Müntəsir də vardı. Xəlifə 849-cu ildə oğullarını bu şəkildə vəliəhd təyin etmişdi: Müntəsir, Mötəz və Müəyyid. Ancaq daha sonra Mötəzin vəliəhdliyini önə çəkmişdi. Mötəzin ətrafında türklərə qarşı bir birlik də təşkil edilmişdi. Atasının bu davranışı qarşısında Müntəsir də türklərlə işbirliyi yolunu seçmişdi. Kiçik Buğa, Vasif və Otamış kimi türk sərkərdələri, Müntəsirin bu hərəkətini öz mənfəətlərinə uyğun bildilər və onu dəstəkləməyə qərar verdilər.

Xəlifə Mütəvəkkil 861-ci ildə türk sərkərdəsi Vasifin İsfahan və əl-Cibal bölgələrindəki mal və mülklərinin müsadirə edilməsinə əmr verdi. Müntəsirə qarşı da heysiyət qırıcı davranışda olması nədəni ilə durum ciddiləşdi. Siyasi hadisələrin özü üçün təhlükəli bir şəkildə inkişaf etdiyini fərq edən Müntəsir, Kiçik Buğa ilə görüşərək müştərək bir plan hazırlamağa başladılar. 10 dekabr 861-ci ildə xəlifə sarayının ətrafında gərəkli tərtiblər alındı. Bütün qapılar nəzarət altında tutularaq özlərindən olmayan şəxslərin içəri girmələri önləndi. Bu sırada türk sərkərdələr Vasif və Buğa öz adamlarını saraya soxmuşdular. Eyni günün axşamı hiylədən xəbərsiz olan xəlifə vəziri Fəth ibn Xaqan və digər dövlət əyanları ilə bir yerdə içki içirdilər. Gecə yarısına doğru, Buğa xəlifənin yanında olanları, Fəth və bir neçə şəxsi saraydan xaricə çıxardı. Sabaha yaxın, aralarında Kiçik Buğa, Musa ibn Böyük Buğa, Harun ibn Suvartəkin, Bağır əl-Türki və Baqlum əl-Türkinin olduğu bir qrup türk xəlifənin olduğu salona girdilər. Təhlükəni fərq edən Fəth ibn Xaqan bağırmağa başladısa da, çox gec qalmışdı. Türklər dərhal xəlifənin üzərinə hücum etdilər. Onlara mane olmağa çalışan Fəth ilə bir yerdə Mütəvəkkili öldürdülər.

Türk sərkərdələr böyük bir təhlükənin doğduğunu hiss edərək, xəlifə Mütəvəkkili susdurmaq üçün fəaliyətə başladılar. Türklər Mütəvəkkili öldürməyi qərarlaşdırdıqdan sonra, 861-ci ildə xəlifəni öldürdülər.

Mütəvəkkilin qətli, İslam tarixində özəl birliklər tərəfindən bir xəlifəyə qarşı işlənən cinayətdir. Bu hadisə türklərin Abbasi imperiyasında tamamilə iqtidarı əllərinə keçirdiklərini və qarşılarında heç bir qüvvənin olmadığını göstərir. Cinayətdə iştirak edənlər, bilinmələrinə baxmayaraq hər hansı bir cəzaya məruz qalmadılar. Mütəvəkkilin qətli ilə xəlifələrin siyasi nüfuzları ilə bir yerdə mənəvi nüfuzları da zəiflətmiş oldu. Artıq Abbasilər sülaləsindən heç kimsə xəlifəliyi irsi və ya qanuni yolla tələb edə bilmirdi. Türklər kimi istəsəydilər onu seçir, istəmədikləri xəlifəni də öldürürdülər. Abbasiləri siyasət meydanından uzaqlaşdıran türk sərkərdələr nüfuz uğrunda öz aralarında savaşmağa başlayacaqdılar.

Mütəvəkkilin öldürüldüyü gecənin sabahı yeni xəlifənin seçimi üçün əl-Cəfəriyədə sərkərdələr, katiblər və dövlətin digər irəli gələnləri toplandılar. Əhməd ibn Hasib Mütəvəkkilin Fəth ibni Xaqan tərəfindən öldürüldüyünü, qatilin də dərhal cəzalandırıldığını bildirdi. Bundan sonra Mütəvəkkilə qarşı işlənən cinayətdə suçlu olan Müntəsirə biətə qərar verildi.

  1. Bell A. al-Mutawakkil // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. İbn Əsir, VI, 482.
  3. Təbəri,V, 331;İbn Əsir,VII, 89.
  4. İbn Tağribərdi, III, 83
  5. Yıldız, 177.
  6. İbn Əsir,VII, 420.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]