Məbəd adı

Məbəd adı
Çin
Ənənəvi çincə: 廟號
Sadələşdirilmiş çincə: 庙号
Koreya
hanqıl: 묘호
hanja: 廟號
Vyetnam
Vyetnam əlifbası: Miếu hiệu

Məbəd adıÇin, Koreya (KoryöCoson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi:

  • Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar.
  • İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi.
    • Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır.
    • Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır.

Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsiMin sülaləsində bu adlar geniş istifadə olunurdu.