Mədinə (Göyçə)

Kənd
Mədinə
Mədinə
40°04′49″ şm. e. 45°15′04″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Aşağı Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.200 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 208 nəfər (1873)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1413
Xəritəni göstər/gizlə
Mədinə xəritədə
Mədinə
Mədinə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Mədinəİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.

Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[1]

Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü[2][3] əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir.

Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış[5], 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa, 61 nəfər azərbaycanlı yaşamışdır[5].

Kəndin yerli sakinləri olan azərbaycanlılar 1930-cu illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə Türkiyə və İrandan gələn ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  1. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 164
  2. Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.340
  3. Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., "Наука", 1971. s.141
  4. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66–67, 140–141
  5. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 140–141