Mədəaltı vəzi

Mədəaltı vəzi
Latınca Pancreas
İltihabı Pancreatitis
Qrey subyekt 251 1199
Sistem Həzm
Endokrin
Arteriya lat. arteriae pancreaticoduodenalis superior et inferior, art. lienalis et art. gastroeoiploica sinistra
Vena lat. vena lienalis, vv. mesentericae sup. et inf., vv. colicae, v. gastrica sinistra, vv. pancreaticoduodenales et v. gastroepiploica sinistra
Sinir lat. plexus celiacus
Limfa lat. nodi lymphatici celiaci pancreaticoduodenales, pancreaticolienales
MeSH Pancreas
Dorlands/Elsevier Pancreas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədəaltı vəzi (lat. pancreas) — onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Bunun uzunluğu 16–22 sm, eni 4 sm, qalınlığı 2 sm və çəkisi 70–80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi — başı — (lat. caput pancreatis), orta hissə — cismi — (lat. corpus pancreatis) və sol hissəsi — quyruğu — (lat. cauda pancreatis).

Pankreasın başı sağ tərəfdən onikibarmaq bağırsağla əhatə olunmuşdur; aşağı və arxa ucu qarmaq kimi əyilərək qarmağabənzər çıxıntı — lat. processus uncinatus (pancreas Winslowi – BNA) adlanır və pankreas başının yerdə qalan hissəsindən lat. incisura pancreatis vasitəsilə ayrılır. Pankreasın başında iki səth vardır: ön səth — lat. facies anterior və arxa səth — lat. facies posterior. Pankreasın cismi üçüzlü prizmaya bənzəyir; bunun üç səthi vardır: 1) yəhərəbənzər ön səthi — lat. facier anterior mədəyə söykənir, 2) düz arxa səthi — lat. facies posterior birinci bel fəqərəsinin cisminə, qarın aortasınaaşağı boş venaya baxır və 3) nazik aşağı səthi — facies inferior köndələn cənbər bağırsağaacı bağırsaq ilgəklərinə söykənir. Bu səthlər bir-birindən üç kənar — lat. margo superior, anterior et inferior (margo posterior – BNA) vasitəsilə ayrılır. Pankreas cisminin ın səthi lat. caput pancreatis yaxınlığında piylik qabarı — lat. tuber omentale adlanan hündürlük əmələ gətirir. Pankreas quyruğu sol qabırğaaltı naviyədə yerləşmişdir və ucu dalağın qapısına, sol böyrəklə böyrəküstü vəziyə söykənir.

Pankreas qarın boşluğunda sağ qabırğaaltı, göbək və sol qabırğaaltı nahiyələri tutur; peritona olan münasibətinə görə ekstraperitoneal üzvlərdən hesab olunur; yəni periton ilə ancaq ön və aşağı səthləri örtülmüşdür. Bunun yuxarı kənarına kındələn çənbər bağırsaq müsariqəsi bağlanmışdır. Pankreasın başı — sağ tərəfdə I–II bel fəqərələri bərabərində, cismi — I bel fəqərəsi bərabərində və quyruğu — sol qabırğaaltı nahiyyədə XI-XII- ci qabırğa bərabərində yerləşmişdir.

Pankreas quruluş cəhətcə mürəkkəb alveollu vəzilərdən olub, qulaqaltı vəziyə xeyli bənzəyir. Bu qeyri-müntəzəm şəkilli və boş birləşdirici toxuma vasitəsilə birləşmiş paycıqlardan ibarətdir; birləşdirici toxumada qan damarları və pankreas axacaqları vardır. pankreasda vəzi ünsürlərindən başqa Langerhans adacıqları — lat. insulae Langerhans deyilən epitel hüceyrələr yığıntısı vardır. Bunlar pankeasın şirə ifrazedici kütləsindən ayrı olub vəzifəcə daxili sekresiya vəzilərindən (endokrin vəzilərdən) hesab olunur. Burada ifraz olunan hormon insulin adlanır və qana keçərək bədəndə (qaraciyərdə) karbohidratlar mübadiləsini tənzim edir. Beləliklə pankreas həm xarici və həm də daxili ifrazat (sekresiya) vəzilərinə aiddir.

Pankreasdan ifraz olunan şirə — lat. succus pancreaticus kiçik axacaqlara toplanır; bunlar bir-biri ilə birləşərək pankreas daxilində bir böyük axacaq — lat. ductus pancreaticus (ductus pancreaticus Wirsungi – BNA) əmələ gətirir. Bu axacaq pankreas quyruğundan başlayaraq onun daxili ilə sağa doğru gedir və onikibarmaq bağırsağın enən hissəsinin arxa divarında lat. ductus choledochus ilə bərabər onikibarmaq bağırsağa (məməcik üzərində) açılır. Pankreas axacağı ümumi ıd axacağı ilə bir yerdə açılarkən onikibarmaq bağırsağın məməciyində lat. ampulla hepatopancreatica (diverticulum Vaferi – BNA) adlanan bir genişlik əmələ gətirir. Bəzən pankreasda əlavə bir axacaq — lat. ductus pancreaticus accessorius (ductus pancreaticus accessorius Santorini – BNA) təsadüf edir; bu axacaq pankreas başından şirəni yəğər və lat. papilla duodeni minor üzərində onikibarmaq bağırsağa açılır.

Pankreasın inkişafı və variantları

[redaktə | mənbəni redaktə et]

Pankreas onikibarmaq bağırsağın ön və arxa divarındakı endodermal epiteldən əmələ gəlmiş bir dorzal və iki ventral mayalardan inkişaf edir; bu mayalar bir-biri ilə birləşərək onikibarmaq bağırsağın dorzal çözünün (lat. mesoduodenum dorsale) səfhələri arasına daxil olur və beləliklə ilk dəfəsagital xətdə yerləşir və hər tərəfdən seroz qişa ilə örtülü olur. Sonradan mədə öz vəziyyətini dəyişdikdə pankreas da boylama vəziyyətdən köndələn vəziyyətə keçir və onikibarmaq bağırsaqla birlikdə qarın bpşluğunun arxa divarına söykənərək arxadan seroz qişasını itirir və nəticədə intraperitoneal vəziyyətdən ekstraperitoneal vəziyyətə keçir. Pankreas onikibarmaq bağırsağın divarından inkişaf etdiyi üçün onunla axacaq (lat. ductus pancreaticus) vasitəsilə rabitədə qalır. Bu axacaq ventral mayalardan hasil olur; dorzal mayanın axacağı isə, adətən, reduksiya edir, bəzən əlavə axacaq (lat. ductus pancreaticus accessorius) halında davam edir.

Pankreasın variantlarından əlavə pakreasa — lat. pancreas accessorium və yuxarıda qeyd olunan pankreasın əlavə axacağını — lat. ductus pancreaticum accessorius təsadüf edilir. Əlavə pankreas müxtəlif yerlərdə — onikibarmaq bağırsaq nahiyyəsində, mədə divarında onun çıxacağı nahiyyəsində. nazik bağırsaq müsariqəsində, piylikdə, dalağın qapısında və qarın boşluğunun başqa yerlərində zəsadüf edilir. Hər bir əlavə pankreas xüsusi axacağa malik olur. Nadir hallarda pankreasın zəif inkişaf etməsinə təsadüf edilir.

Yaş və fərdi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yenidoğulmuşda yetişmiş şəxslərə nisbətən pankreas yuxarıda, XI–XII döş fəqərələri səviyyəsində, bir qədər çəp yerləşir və nisbətən mötəhərrik olur. Birinci ilin ikinci yarısında panlreas demək olar ki, yetişmiş şəxslərdəki kimi yerləşir. Pankreasın forması bir qədər başqa olur: cismi uçvəcli prizmaya bənzəyir, başı nisbətən kiçicik, cismi və quyruğu nisbətən uzun olur; 5–6 yaşında yetişmiş şəxslərdəki formanı əldə edir.

Vaskulyarizasiyası və innervasiyası

[redaktə | mənbəni redaktə et]

Pankreası qidalandıran arteriyalar bunlardır: lat. arteria pancreaticoduodenalis superior et inferior, art. lienalis et art. gastroepiploica sinistra

Venoz qan pankreas venalarına yığışaraq, qapı venası köklərinə aid olan aşağıdakı venalara daşınır: lat. vena lienalis, vv. mesentericae sup. et inf., vv. colicae, v. gastrica sinistra, vv. pancreaticoduodenales et v. gastroepiploica sinistra

limfa pankreasdan limfa damarlar ilə qonşu nahiyyələrdə olan limfa düyünlərinə: lat. nodi lymphatici celiaci pancreaticoduodenales, pancreaticolienales daşınır.

Pankreas öz sinirini qarın (günəş) kələfindən (lat. plexus celiacus) alır.

Ekzokrin funksiyası[1]

[redaktə | mənbəni redaktə et]

Mədəaltı vəzi şirəsi rəngsiz, xüsusi çəkisi 1,007–1,009 olan, qələvi reaksiyalı (рН 8,3–8,6)[2] sekret olub, tərkibinə tripsin, ximotripsin, elastaza, karboksipeptidaza, fosfolipaza, profermentləri daxildir. Gün ərzində insanın mədəaltı vəzisi 1,5–2 l şirə ifraz edir[3].

Nazik bağırsaqlarda karbohidratların, yağların xüsusən də zülalların həzm eilib amin turşular şəklində bağırsaq divarından sovrulmasını təmin edən amilaza (nişastanı oliqosaxaridlərə: qlukoza, maltoza, dekstrinə parçalayır)[4], lipaza (triqliseridləri qliserin və yağ turşularına parçalayır)[5], proteaza (amin turşular arası peptid rabitəsini pozur)[6] kimi fermenlərin sekresiyasında iştirak edir.

Endokrin funksiyası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Langerhans adacıqları

Adacığın ifraz etdiyi hormon insulin adlanır; bu hormon qana daxil olub vücudda karbohidratlar mübadiləsini tənzim edir; qaraciyərdə toplanmış qlikogenin şəkərə çevrilməsini tormozlayır (yalnız normal miqdarda verilməsinə imkan yaradır); odur ki, Langerhans adacıqlarının hipofunksiyasında insulinin miqdarı azalır, nəticədə artıq miqdarda qlikogen xaric olur; bu üsul ilə şəkərli diabetlat. diabetes mellitus deyilən xəstəlik meydana çıxır.

  1. "Поджелудочная железа, Словари и энциклопедии на Академике". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  2. "Панкреатический сок, Словари и энциклопедии на Академике". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  3. "ПАНКРЕАТИЧЕСКИЙ СОК, Словари и энциклопедии на Академике". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  4. "Словари и энциклопедии на Академике". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  5. "Липаза поджелудочной железы, Словари и энциклопедии на Академике". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  6. "Протеаза, Словари и энциклопедии на Академике". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, səh 83–86, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]