Məftil

Paslanmayan poladdan hazırlanmış mətil dolağı

Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobilaviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur.

Məftil hazırlama texnologiyası çəkmə üsuluna əsaslanr. Emal zamanı dartma-sıxma prosesində yonqar ayrımadığndan metalda baş verən deformasiya istiliyin ayrılması ilə müşqaiyət olunur. Proses zamani soyuq və isti çəkmə, yaymaelektrolit emalı fərqləndirilir. Məftilin çəkilməsində öncə ştamplama və ya yayama yolu ilə hazırlanmış pəstah çəkmə daşının deşiyindən keçirilir və çəkilir. Çəkmə zamanı pəstah material itkisi olmadan uzanır və nazilir. Proses ərəfəsində pstah lazımi ğlçü əldə edilənə qədər daha da kiçik deşikdən keçirilir və çəkilir. Qədimdə məftil əzələ qüvvəsi ilə çəkilərdi. Sənaye inqilabından sonra çəkmə prosesi maşınlarla aparılmağa başlayır.