Məhəbbətin gücü | |
---|---|
Janr | musiqili film |
Rejissor | Rahul Ravail |
Prodüser | Bikram Sinq Dahal |
Ssenari müəllifi | Caved Akhtar |
Baş rollarda | |
Bəstəkar | Rahul Dev Burman |
İlk baxış tarixi | 5 avqust 1983[1] |
Ölkə | |
Dil | Hind dili |
IMDb | ID0254179 |
Betaab (Azərbaycanca tərcüməsi: Narahat) — 1983-cü ildə Caved Akhtar tərəfindən ssenari xətti yazılmış, rejissoru Rahul Ravail və prodüseri Bikram Sinq Dahal olan Hindistan romantik filmidir. Filmdə Şammi Kapurla birlikdə debüt rollarında Sunny Deol və Amrita Singh çəkilmişdirlər. Filmin musiqisini Rahul Dev Burman bəstələyib. Film çəkildiyi ilin ən böyük hitlərindən biri olmuşdur. Film 1987-ci ildə Ramesh Babu və Sonam ilə bərabər, Samrat adı ilə Teluqu dilində, 2011-ci ildə isə Kannadada Kartik adı ilə yenidən çəkilmişdir.
Bu film ailələri arasında status fərqinə baxmayaraq bir-birini sevən iki gəncin sevgi hekayəsidir. Sunny, anası Sumitra ilə birlikdə şəhərin yaxınlığındakı fermasında yaşayan gənc, kasıb və xoşbəxt bir oğlandır. Əvvəllər atası Avenaş böyük iş adamı olmuş, amma müflis olmuşdur. Bu səbəbdən o, özünü öldürüb. Avenash şəhərin ən zəngin və güclü adamlarından biri olan Sərdar Dinesh Singh Girji ilə yaxın dost idi. Sərdar Avenaşın müflis olduğunu bildikdə arxasını ona çevirir. Sərdarın Roma adlı bir qızı var. O, nadinc, kobud və ətrafındakı hər kəsə yuxarıdan aşağı baxan biridir. O, Sunninin uşaqlıq dostu idi.
Sonra Sərdar şəhərdən kənarda, Sunninin fermasının yaxınlığında yerləşən qəsəbədə yeni at ferması alır. Sunni anasını qatar stansiyasına qədər müşayiət edərkən, illərdir görmədiyi Roma ilə qarşılaşır. Sunni onu dərhal tanıyır, amma Roma onu tanımır. Nəticə etibarı ilə onlar fermada müxtəlif vaxtlarda təsadüfən rastlaşırlar. Davamlı olaraq mübahisə edirlər, lakin tezliklə Roma Sunninin onun uşaqlıq dostu olduğunu anlayır və onlar uşaqlıq sevgilərini yenidən qururlar.