Məhəmməd Sultan mirzə | |
---|---|
Doğum tarixi | 1375[1] |
Vəfat tarixi | 13 mart 1403[1] |
Vəfat yeri | |
Atası | Qiyasəddin Cahangir mirzə |
Məhəmməd Sultan mirzə (1375-1403) — Qiyasəddin Cahangir mirzənin oğlu, Əmir Teymurun nəvəsi, Teymurlular imperiyasının vəliəhdi, sərkərdə.
Məhəmməd Sultan mirzə Qiyasəddin Cahangir mirzə oğlu Barlas 1375-ci ildə anadan olmuşdu. Anası Xarəzm xanı Hüseyn Sufinin (?-1372) qızı Xanzadə bəyimdir (Ağsufi Sevin bikədir) (1360—1411). Atası onun dünyaya gəlməsindən az sonra dünyasını dəyişmişdi.
Əmir Teymur 1386-cı ildə Cəlairilər sultanlığını tutmuşdu. Həmin vaxt Məhəmməd Sultan mirzə 10 yaşında Təbrizin valisi təyin edilmişdi.
Məhəmməd Sultan mirzə 1391-ci ildə babası ilə bərabər Toxtamışa qarşı səfərdə iştirak etmişdi. Kondurçay ətrafindakı döyüşdə Teymurlular ordusunun mərkəzi hissəsinin komandanı olmuşdu.[2]
Məhəmməd Sultan mirzə 1397-ci ildə Fərqanə vilayətinin hakimi təyin edilmişdi.
1398-ci ildə Hindistan səfərinə çıxan Əmir Teymur ilk öncə İndus hövzəsini ələ keçirən nəvəsi - Məhəmməd mirzə ilə birgə Hindistana daxil olarkən Dehli Türk Sultanı Mahmudun ordusu ilə qarşılaşmış, Hindlilərin döyüş filləri Teymur süvarilərinin qarşısında duruş gətirə bilməmiş, döyüş meydanı kəsik xortumlar və ölü fillərlə dolmuşdu. Əmir Teymur böyük bir zəfərlə Dehli şəhərinə girərkən, Sultan Mahmud Qucurat krallığına sığınmış, din adamlarının xahişi ilə xalq bağışlanmış, 200 illik Türk Sultanlığının xəzinəsi Əmir Teymurun əlinə keçmişdi. Dehlidə xütbəni öz adına oxutduran Əmir Teymur Hindistan imperatoru kimi iki həftə sonra böyük qənimət və fillərlə geri dönmüşdü.[3] Dönərkən, Kəşmir hakimi ona tabe olacağına and içdiyindən Əmir Teymur Kəşmirə toxunmamış, Pəncaba Seyid Xızırı vali təyin etmişdi.
Məhəmməd Sultan mirzə 13 mart 1403-cü ildə Afyonqarahisarda aldığı yaradan vəfat etmişdi.
Xanikədən