Məhəmməd bin Sani Al Samir

Məhəmməd bin Sani Al Samir
ərəb. محمد بن ثاني
bayraq
Qətər əmiri[1]
bayraq2
1847 – 1876
ƏvvəlkiSani bin Məhəmməd
SonrakıCasim bin Məhəmməd Al Sani
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Füveyrit, Qətər
Vəfat tarixi
Vəfat yeri Doha, Qətər
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Sani bin Məhəmməd
Həyat yoldaşı Nura Al Kuvari
Uşaqları Casim bin Məhəmməd Al Sani
Əhməd bin Məhəmməd Al Sani
Fahad bin Məhəmməd Al Sani
Eyd bin Məhəmməd Al Sani
Samir bin Məhəmməd Al Sani
Jabor bin Məhəmməd Al Sani
Ailəsi Al Sani sülaləsi
Dini Sünni İslam

Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني‎; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامرMəhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri[1]. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu[1][2].

Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub[2]. Onun digər qardaşıları bunlardır:

  • Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir
  • Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir
  • Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir
  • Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir

Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi[3]. 1851-ci ildə Səudiyyə Ərəbistanının ikinci əmiri Feysəl bin Türki ilə ittifaqa girərək hakimiyyətini mövqeyini birazda möhkənləndirdi[2].

Onun atası 1860-cı ildə vəfat edir. 1860-cı illərə qədər Şeyx Məhəmməd Fars körfəzi ölkələrinin ən mühüm dövlət məmuru kimi formalaşdı. O, 1876-cı ilə qədər hakimiyyətdə qaldı. Ölümündən sonra yerinə vəliəhdi Şeyx Casim bin Məhəmməd Al Sani keçdi[2].

Şeyx Məhəmməd bin Saninin altı oğlan və ikisi oğlan olmaqla 8 övladı vardı.

  1. 1 2 3 Buyers, Christopher. "Royal Ark: The Al Thani Dynasty (page 2)" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine İstifadə tarixi:2015-11-13
  2. 1 2 3 4 "Shaikh Mohamed Bin Thani :: Amiri Diwan" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine İstifadə tarixi:2015-11-13
  3. "Line of succession: The Al Thani rule in Qatar" Arxivləşdirilib 2013-06-27 at the Wayback Machine İstifadə tarixi:2015-11-13