Məhəmməd şah Qacar | |
---|---|
Məhəmməd şah Abbas Mirzə оğlu Qovanlı-Qacar | |
![]() | |
1834 – 1848 | |
Əvvəlki | Fətəli şah Qacar |
Sonrakı | Nəsrəddin şah Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 yanvar 1808 |
Doğum yeri | |
Vəfat tarixi | 5 sentyabr 1848 (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | podaqra, Qızıl yel xəstəliyi |
Dəfn yeri | Xanım Məsumə türbəsi, Qum |
Fəaliyyəti | siyasətçi |
Atası | Abbas mirzə Qovanlı-Qacar |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Qacarlar |
Dini | Şiə (İslam) |
Rütbəsi | marşal |
|
|
![]() |
|
![]() |
Məhəmməd şah Qacar (Məhəmməd Mirzə Abbas Mirzə oğlu; 5 yanvar 1808, Təbriz – 5 sentyabr 1848, Tehran) — Qacar dövlətinin III şahı. Atası Abbas Mirzə Herat mühabirəsi zamanı öldüyünə görə 1834-cü il iyunun 20-də babası Fətəli Şahın vərəsəsi elan edildi. 8 noyabr 1834-cü ildə Fətəli Şah özü də öldükdən sonra Təbrizdə Məhəmməd Qacar Şahı elan edildi. Babası Fətəli Şah ölkənin müxtəlif yerlərində işləyən böyük oğlunu da tanımadığı üçün hakimiyyət onun vərəsəsinə uyğun babadan nəvəyə ötürüldü.[1]
Məhəmməd Şahın dövründə Osmanlı-Qacar sərhədinin müəyyənləşdirilməsi üçün Osmanlı dövləti ilə gərginliklər yarandı. Bu gərginliklər Osmanlı Dövləti ilə Qacarlar arasında təşkil olunmuş komissiyanın işi nəticəsində 1847-ci ildə Ərzurumda sülh müqaviləsinin imzalanması ilə sona çatdı.[2] Osmanlı dövləti artıq bitmiş müharibəyə görə üzüldüyünü bildirmiş və Qacar dövlətinə təzminat ödəməyə razı olmuşdu.
Məhəmməd Şah 1848-ci il sentyabrın 5-də Tehranda vəfat etmişdir. Onun ölümündən sonra hakimiyyətə oğlu Nəsirəddin şah Qacar gəldi.[3]
Məhəmməd şah Abbas mirzə oğlu 1808-ci ildə Təbriz şəhərində doğulmuşdur. Saray təhsili almışdır. Hələ atasının sağlığında vəliəhd olmuşdur. 1834-cü ildə taxta çıxmışdır.1837-ci ildə Herat müharibəsini başlatmışdır.
Məhəmməd şah 1848-ci ildə vəfat etmişdir.[4]
Oğulları
Qızları