Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhəmməd Əli | |
---|---|
Muhammad Ali | |
Ümumi məlumatlar | |
Ləqəbləri | |
Çəkisi | ağır (98 kq) kq |
Boyu | 6 ft 4 düym (193 cm)[1] |
Qol açılışı | 78 düym (198 cm) |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Luisvil, Kentukki, ABŞ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Arizona, ABŞ |
Dəfn yeri |
|
Stili | ortodoks |
Duruşu | sağ |
Məşqçisi | Ancelo Dandi |
Nəticələri | |
Döyüş | 61 |
• İlk | 29 oktyabr 1960 |
• Son | 11 dekabr 1981 |
Qələbə | 56 |
Nokautla | 37 |
Məğlubiyyət | 5 |
Heç-heçə | 0 |
Natamam | 0 |
Döyüş kəməri | |
Döyüş kəməri | "WBA","WBC","NYSAC","RING" |
Məhəmməd Əli | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır: "Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir.
O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir. Əli dahi riyaziyyatçı Albert Eynşteyn ilə birliktə XX əsrin ən önəmli siması kimi qəbul edilib və yüz illiyin ikonu seçilib. Məşhur "NEWSWEEK" nəşri Məhəmməd Əlini "İnsanlıq tarixinin ən təsiredici 50 adamı" sırasında ilk 10-luqda göstərib. Məhəmməd Əli ESPN tərəfindən idman tarixin ən yaxşı idmançısı seçilib. O bu siyahıda Maykl Cordan, Lui Armstronq, Tayqer Vuds, Dieqo Maradona və Ueyn Qretski kimi əfsanəvi idmançıları geridə qoyub.
Müasir boksun əksər taktikaları Məhəmməd Əliyə məxsusdur. Məhəmməd Əlidən sonra gələn Lennoks Lüis, Larri Holms, Evander Holifild, Mayk Tayson, Sugar Ray Leonard, Pernell Whitaker, Roy Jones, Manny Pacquiao, Floyd Mayweather, Vladimir Kliçko, Vitali Kliçko və.s kimi onlarla əfsanəvi boksçu və hazırkı, yeni dünya çempionları Tyson Fury, Deontay Wilder və Anthony Joshua məhz Əlidən ondan ilham aldıqlarını bildirmişlər.
Məhəmməd Əli 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi də tarixə keçmişdir. Əli həmçinin, 3 dəfə Mütləq Dünya Çempionu adına sahib çıxmış yeganə boksçudur.
1964–1966, 1974–1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu. 1974–1978-ci illərdə WBC, 1967, 1974–1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olmuşdur.
Məhəmməd Əli karyerası boyunca dörd dəfə nokaut vəziyyətinə düşsə də heç vaxt nokautla məğlub olmayıb. Məhəmməd Əli boks tarixində ən sürətli ağırçəkili boksçu kimi qəbul edilib. Məhəmməd Əli və məşhur döyüş sənəti ustası Brüs Linin zərbə sürətləri eyni olub, saniyənin 1/20-i. Əlinin yumruq zərbəsinin ağırlığı isə təxminən 1 tona bərabər olmuşdur. Qapalı məkan üçün satılmış biletlərin sayına görə də rekord Məhəmməd Əliyə məxsusdur — 63 315 bilet. 1978-ci ildə Leon Spinsklə ilk döyüşündə telereportaj zamanı reklamın 1 saniyəsi 3000 $ olub (Amerika rekordu). Əli boks tarixində ən çox qazanc əldə etmiş 10 boksçudan biridir. Boksçunun hazırkı sərvəti 80 milyon dollar dəyərində qiymətləndirilir.
Əsl adı Kassius Marsellus Kley olan Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-nin Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan atası öz həyat yoldaşına oğullarını anasının istəyinə görə yetişdirməyə — Baptist kilsəsinə aparmağa icazə verirdi.
Kasius 12 yaşında olarkən onun velosipedini oğurlayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə boksla məşğul olmağa başlayan Kley bir neçe ay ərzində artıq ştatlar arası keçirilən məşhur "Qızıl əlcək" turnirinin qalibi olur. Daha sonra da 5 dəfə bu titulu qazanan Kley hələ də həvəskar boksçular arasında bu turnirin 6 dəfə qalibi olan yeganə boksçudur. Əli 1960-cı ildə Romada keçirilən Olimpiya oyunların da ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür. Əli "Olimpiya Oyunları" tarixində ən gənc Olimpiya Çempionu olan boksçu kimi tarixdə qalmaqdadır (18 yaşında). Məhəmməd Əli 1960-cı ilədək həvəskar karyerası ərzində keçirdiyi 105 döyüşün 100 də qələbə qazanıb və yalnız 5 döyüşdə məğlub olub. 1960-cı ildən 18 yaşlı Əli artıq peşəkar rinqdə döyüşməyə başlayır.
1960-cı ildə Roma Olimpiyadasında qızıl medal qazanan 18 yaşlı Məhəmməd Əli ABŞ-yə döndükdən sonra Luisvilldə kafelərin birinə girmək istəyərkən onu qara dərili olduğu üçün içəri buraxmırlar. İrqçiliyin bu dərəcəyə gəlib çatması Əlini çox hiddətləndirir və bu hadisədən olduqca təsirlənən Məhəmməd Əli öz qızıl medalını Ohayo çayına atır.
1996-cı il Atlanta Olimpiya Oyunlarının mənşəlini alovlandırmaq Məhəmməd Əliyə həvalə olunmuşdur.
1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nokauta göndərir. 1962-ci ildə Sonni Benkslə görüşdə Kley ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta göndərir. 1960–63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.
Məhəmməd: 1964-cü ildə Sonni Listonu məğlub edərək Dünya Çempionu olduqdan sonra Kley İslamı qəbul edir. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardır. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olur.
Həmin dövrdə bu təşkilat qara dərili müsəlmanların təşkilatı hesab olunurdu. Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kasius X adını verir. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına dörd günlük səfərə aparır. Həmin gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məhəmməd olduğunu radiodan bəyan edir.
İlk dövrlərdə Kasiusu Məhəmməd kimi yalnız bir neçə jurnalist qəbul edirdi. Belə ki, bu ad onun sözügedən təşkilatdan olduğuna işarə idi. Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də separatçı hesab edir və ondan şübhələnirdilər. Müsahibələrinin birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi. 1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli əsas islam cərəyanı olan sünni islama mənsub olduğunu bildirir.
1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə etmək üçün ikinci dəfə döyüşür. Əli bu döyüşdə xüsusi səylə rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu yeni adı — Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə qınamışdı.
1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-nin başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi. "Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir" — deyə Əli açıq şəkildə bildirirdi. Məhəmməd Əlinin minlərlə insanın önündə etdiyi bu çıxış isə tarixin yaddaşına həkk olundu. "Luisvill-də insanların hələ də pis zənci deyə çağırılıb it rəftarı gördüyü bir zamanda və ən sadə hüquqlarından belə məhrumkən məndən üzərimə bir forma keçirib 10000 mil kənardakı bir ölkədə bomba partladım, güllə atmağımı necə gözləyərlər? Xeyr 10000 mil kənara gedib ağ kölə bəylərinin ağ olmayan başqa bir millət üzərinə təzyiq etmələrinə, onları öldürmələrinə, evlərini yandırmalarına köməkçi olmayacağam. Gün belə pis işlərin sona çatmasının günüdür. Belə bir rəftar içində olmağın mənə milyonlarla dollara başa gələcəyini söylədilər. Amma daha əvvəl də söylədim və yenə deyirəm. Mənim xalqımın gerçək düşməni burada, Amerikadadır. Öz azadlığı, öz ədaləti və bərabərlik üçün döyüşən o günahsız insanları kölələşdirmə də bir yardımçı olmayacağam. Dinimi, xalqımı və özümü alçaltmaram. Əgər bu döyüşün mənim 200 milyonluq xalqıma azadlıq və bərabərlik gətirəcəyini düşünsəydim özüm gedib orduya qatılardım, əgər vyetnamlılar bizim üstümüzə gəlsə idi əlinə silah alıb ölkənin müdafiəsinə qalxacaq ilk insan özüm olardım! Öz inandığım dəyərlər üçün mübarizə aparıram. İtirəcək heç bir şeyim yoxdur. Mənə bu hərəkətinin ölümlə cəzalandırılacağını söylədilər heç bir qüvvə məni öz inanclarımdan geri döndərə bilməz! Məni həbsə atacaqlarmış, nə olacaq sanki? Onsuz da 400 ildir həbsdəyik". Bundan sonra ABŞ-nin Boks Federasiyası onun bütün titullarını əlindən alaraq, dövlət tərəfindən külli miqdarda pul cəzası kəsilir və Əlini boksdan uzaqlaşdırırlar.
Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı, dinindən və irqindən asılı olmayaraq hər kəs ona hörmət edirdi, tarixdə heç kəs insanlar tərəfindən bu qədər hörmətə layiq görülməmiş idi. Axı, o, öz prinsiplərinə sədaqət nümayiş etdirmiş və əqidəsindən dönməmişdi.
Ringlərdən kənarda qaldığı müddətdə Əli'nin maddi cəhətdən çox sıxıntıları olur həyat yoldaşı və iki kiçik qızı ilə birliktə olduqca çətin sınaqlardan keçirlər, lakin o bunu heç kəsə bəlli etməməyə çalışırdı hətta öz qardaşına və atasına belə. Universitetlərdə boks haqqında seminarlar keçirərək daha çox pul qazanacağı təqdirdə o, "ABŞ"-ın ən adlı sanlı universitetlərində seminarlarda iştirak edərək İslam dinini təbliğ edirdi.
1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. Bu işdə ona Corcia ştatınından olan senator köməklik edir. Belə ki, o zaman Corcia ştatı ABŞ-də boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi.
1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəlirlər. Bu, Əlinin ilk məğlubiyyəti olur.
1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenon Nortona məğlub olur. Daha sonra Əli elə həmin ildə Ken Nortonu revanş döyüşünə çağıraraq məğlubiyyətin əvəzini çıxır.
1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir.
Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Həyatın belə bir prinsipi var geclülər zəifləri hər zaman məğlub edir, lakin Məhəmməd Əli bir daha sübut etdi ki, ağıl güclüləri hər zaman üstələyir. Döyüşdən sonra Əli bu sözləri deyir: "Mən bir daha sübut etdim ki, ustalıq hər zaman gücdən üstün olacaqdır". Bu döyüş "Cəngəllikdə guppultu" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir. Məşhur nəşrlərdən birinin açıqladığı "İnsanların Ölmədən Öncə Görməli Olduğu 100 Hadisə" sırasında Məhəmməd Əli-nin Formeni nokauta göndərdiyi səhnə 7-ci yerdə göstərilib.
1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin "əsasını qoyur". Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr "yeyən" və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.
1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilir. Bu sonadək aqressiya dolu döyüş idi. Görüşün 14-cü raundunda Freyzerin küncü döyüşü davam etdirməkdən imtina edir və Əli qələbə qazanır. Bu döyüş "Manilada Triller" adını qazanır və hələ də dünyada bu gunə qədər keçirilmiş ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir. Döyüşdən sonra Əli Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçu adlandırır. Məhəmməd Əli və Co Freyzer rəqabəti hər zaman boks dünyasının ən məşhur və ən böyük rəqabəti olaraq yaddaşlarda qalacaq.
1978-ci ildə 36 yaşlı Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır və beləliklə Məhəmməd Əli-nin sayəsində yenə də bütün dünya yeni bir əsrarəngiz hadisəyə tamaşa edir belə ki, tarixdə ilk dəfə olaraq bir boksçu 3-cü dəfə dünya çempionu adını qazanır və çempion olaraq boksu tərk edir.
1980-ci ildə Məhəmməd Əli yenidən ringə qayıtmağa qərar verir. Bu zaman boks kralının artıq 38 yaşı var idi və həmin zaman artıq dünya boksunda yeni məğlubedilməz çempion var idi, bu Əli-nin vaxtı ilə məşq partnyoru olmuş Larry Holmes idi. Hər kəs Larry Homes'i Məhəmməd Əli'nin tələbəsi adlandırırdı çünki Holmes'in peşəkar boksçu kimi inkişaf etməsində Əli'nin böyük rolu olmuşdu. Çoxları bu geri dönüşün əfsanə üçün yanlış qərar olduğunu deyirdi, çünki Əli 2 il idi ki, boksu tamamilə tərk etmişdi. Lakin Məhəmməd Əli 4-cü boks olimpini qazanmaqda israrlı idi. Döyüş baş tutdu və hər kəs Məhəmməd Əli erasının rəsmən başa çatdığının şahidi oldu,10 raunddan sonra döyüşü davam etdirmək istəməyən Əli hakimlərin qərarı ilə texniki nakautla məğlub olur. Döyüşdən sonra Larry Holmes həyat yoldaşı ilə birliktə sifəti qan içində olan Məhəmməd Əli'nin yanına gedib ağlayaraq: "Mən səni çox sevirəm Əli, məni bağışla, sən mənim idolumsan, sən mənim həyatımı dəyişən isansan, mən səni çox sevirəm" dedi. Məhəmməd Əli isə qarşılığında: "Əgər məni bu qədər sevirdinsə, bəs niyə belə döydün" deyərək yenə də öz zarafatcıl xasiyyətindən geri qalmamışdı.1981-ci ildə Trevor Berbikə məğlub olan Əli: "Biz hər birimiz zamana boyun əyməli oluruq" deyərək boksu tərk etdiyini elan edir. Daha sonra məlum olur ki, Əli son iki döyüşünə çıxarkən artıq parkinson xəstəliyinin əlamətlərini hiss etsə də bunu hər kəsdən gizlətməyə çalışıb. Qızı Məryəmin də dediyi kimi: "Atam boksu tərk edə bilmədi, sonunda boks atamı tərk etdi".
Əli ən nüfuzlu boks jurnalı "Ring"in tərəfindən ən çox ilin boksçusu elan edilən boksçudur.
1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir.
Bir neçə il sonra əfsanəvi boksçuya rəsmən Parkinson diaqnozu qoyulur. Əli boksu tərk etsə də onun danışığı və refleksləri pisləşməkdə davam edir. O, parkinson xəstəliyindən əziyət çəkirdi. Fiziki çatışmazlığa baxmayaraq, Əli hələ də bütün dünyada hər kəsin gözündə güc, qürur və yenilməzlik abidəsi olaraq qalmaqdadır.
1990-cı illərdə artıq, o, kəpənək kimi uçub arı kimi sancan döyüşçüdən əsər qalmamışdı, lakin Məhəmməd Əli hələ də bütün dünya üçün qəhrəman idi. 1981-ci ildə Trevor Berbick'ə qarşı dramatik bir məğlubiyyət alan Məhəmməd Əli boksu tərk etmişdi. 1984-cü ildən parkinson xəstəliyi ilə mübarizə aparırdı. Ancaq bütün bunlar içindəki döyüşçünü hələ də öldürə bilməmişdi. 1990-cı illər bütün dünyanın gözü İraqa, Səddam Hüseynə çevrilmişdi. Küveyti işğal edən diktator ölkəsində yaşayan 700'ü Amerikalı olmaqla 2.000 xaricini girov götürmüşdü. Bir müsəlman olaraq dövrəyə girən Məhəmməd Əli, Bağdada şəxsən gedib Səddam Hüseynlə girovları sərbəst buraxması üçün görüşdü. Əlini Bağdadda olduqca böyük coşğu və hörmətlə qarşıladılar. "Bağdada bir siyasətçi olaraq deyil, bir müsəlman olaraq gəldim" deyərək uzun sürən görüşdən sonra girovları özü ilə birliktə Amerikaya geri aparmışdı. Bu fəaliyyətin işə yaradığını görən digər dövlətlər eyni taktikanı tətbiq etsələr də, bir nəticə vermədi.
1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: Onun həyatı və zamanlar" adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan şəxsiyyət olduğuna görə, "Amerikanın ruhu" mükafatı təqdim olunur.
1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayır. Ancaq Əli zərif cinsin nümayəndələrinin boksla məşğul olmasına mənfi münasibət bəsləyirdi.
1996-cı ildə Məhəmməd Əlinin həyatından və uğurlarından bəhs edən, Leon Gast'ın rejissorluğunu etdiyi "Bir Zamanlar Biz Kral Olarkən" bədii filmi işıq üzü görür. Film "Oscar" mərasimində ən yaxşı sənədli film kateqoriyasında "Oscar" mükafatının sahibi olur.
2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. Əli filmində əsas rolu məşhur Hollivud ulduzu Vil Smit ifa edirdi. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: "Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən" olub. Bundan əlavə 1978-ci ildə "Ən Böyük",1981-ci ildə "Azadlıq Yolu", 2013-cü ildə "Əlinin Ən Böyük Döyüşü", 2014-cü ildə "Mən Əliyəm", 2009-cu ildə "Məhəmməd Əliyə qarşı" kimi filmlər işıq üzü görmüşdür. Məhəmməd Əli haqqında ən çox bədii film çəkilən şəxsiyyətdir.
2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalır.
2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi. Lakin bütün bu mükafatlardan daha önəmli mükafat illər ötdükçə azalmayan əksinə dahada artan Məhəmməd Əli-ə qarşı olan bəşəri sevgidir. Dünyanın hər bir yerində dinindən və irqindən asılı olmayaraq bütün insanlar Məhəmməd Əli'ni öz həmvətənliləri kimi sevir, onun adını hər zaman böyük ehtiramla yad edirlər, bu isə bəşər tarixində çox nadir sayda şəxsiyyətlərə və bəlkə də yalnız Məhəmməd Əliyə qismət olan bir xoşbəxtlikdir.
Əfsanəvi boksçu dörd dəfə ailə həyatı qurub. Əlinin uğursuz olan evliliklərinin səbəbi isə demək olar ki, bütün dünyaya məlumdur. Məhəmməd Əli olduqca sevimli və yaxşı ata olub bunu onun övladları deyir. Həyat yoldaşlarına qarşı da hər zaman qayğı və sevgi ilə yanaşıb. Ailəsinə qarşı hər zaman əyləncəli bir adam olan Əlinin qadınlara olan düşkünlüyü hər kəsə bəlli idi, məhz bu səbəbdən də Boks Kralının bir neçe uğursuz nikahı olmuşdur. Məhəmməd Əlinin üçüncü xanımı Amerika gözəli olmuş Veronika Porşe 4 il davam edən evlilikləri haqda bu sözləri demişdir: "Məhəmməd Əli ilə olan hər bir gün sehirli nağıla bənzəyirdi, onunla həyat həqiqətən də çox gözəldir. Lakin vaxt keçdikcə Əli ilə yaşamaq çətinləşirdi, bunu əslində hər kəs bilir ki, Əli nə qədər möhtəşəm və əsrarəngiz insan olsa da, bir həyat yoldaşı olaraq sadiq deyildi, bu səbəbdən də biz ayrılmalı olduq, lakin mən hər zaman onu sevmişəm. Məhəmməd Əli mənim üçün sevgi deməkdir".