Məhəmmədqulu şah

Qütbşah Məhəmmədqulu
tel. ముహమ్మద్ కులీ కుతుబ్ షా
bayraq
Qütbşahların V sultanı
1580 – 1611
Əvvəlkiİbrahimqulu şah
SonrakıSultan Məhəmməd şah
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Heydərabad
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı
Atası İbrahimqulu şah
Həyat yoldaşı Heydər Mahal
Uşağı Həyat Bəxş xanım
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair.

1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı.[1] Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir.[2]

Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı. Qandikota və Qutti torpaqlarının ilhaqını isə türkmən sərkərdə Rüstəm xana tapşırdı. Vicayanaqar hakimi II Venkata əvvəl sülhə razı oldu və mühasirəni bu üsulla ləğv etməyi bacarsa da, yenidən müharibə elan etdi. Qarşıdurmanın qızışdırığını görən Qütbşah bu dəfə Rüstəm xanın başçılığı altında 100.000 əsgəri hücuma göndərdi. Lakin hindliların tələsinə düşən Rüstəm xan artilleriya atəşləri altında əsgərlərinin yarısını itirdi, özü isə öldürüldü. Qütbşah Krişna çayının sahilinə çəkilməli və atasının aldığı torpaqları qaytarmalı oldu.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Farsca, TeluquUrdu dillərində şeirlər müəllifidir.[3] 1800 səhifədən ibarət külliyatın əsas hissəsi divan ədəbiyyatı, 300 səhifədən artığı məsnəvi və mərsiyyə, 100 səhifədən çoxu isə qəzəl və qəsidələrdən ibarət idi. Urdu ədəbiyyatında ilk sahib-i divan təxəllüsü almış şəxsdir.

1591-ci ildə indiki Çarminar məscidinin yerində olan Çiçelam kəndində Pakmati adlı bir rəqqasə ilə tanış olub evlənmişdi. Daha sonra Heydər Mahal adını almışdır.[2] Yeganə övladı Həyat Bəxş xanım, qardaşı oğlu Sultan Məhəmməd şah ilə evlənmişdi.

  1. "Quli Qutub Shah remembered on his 400th death anniversary". 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
  2. 1 2 "Muhammad Quli Qutb Shah". 2013-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
  3. Annemarie Schimmel, Classical Urdu Literature from the Beginning to Iqbāl, (Otto Harrassowitz, 1975), 143.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]