Məhəmmədrəsul Məcidov üç dəfə Dünya Çempionatının qalibi olan 14 idmançıdan biridir. Məhəmmədrəsul Məcidov birinci dəfə 2011-ci ildə baş tutan turnirin final görüşündə İngiltərə nümayəndəsi Entoni Coşua üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu. Daha sonra o, 2013-cü ildə Almatı şəhərində turnirin final görüşündə Qazaxıstan təmsilçisi İvan Dıçxoya qalib gəldi və çempionatın qızıl medalına sahibi oldu. 2 il sonra Doha şəhərində baş tutan turnirdə zədə səbəbindən mübarizə apara bilməyən Məhəmmədrəsul Məcidov, 2017-ci ildə Hamburq şəhərində baş tutan turnirin həlledici görüşündə Qazaxıstan nümayəndəsi Qamşıbəy Qunqabayevdən üstün olaraq üçüncü dəfə Dünya Çempionatının qalibi oldu.
Məhəmmədrəsul Məcidov 2011-ci ilin 14–16 iyulunda DağıstanınMahaçqala şəhərində baş tutan Məhəmməd-Salam Umarxanovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı.[2] Turnirin yarım-final mərhələsində o, Rusiya Federasiyası nümayəndəsi Arslanbəy Mahmudova məğlub oldu və turnirin bürünc medalına sahibi oldu.[3][4][5]
2011-ci il sentyabrın 26-da Azərbaycanda Dünya Çempionatı başladı. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Məhəmmədrəsul Məcidov da cəlb edildi.[6] Məhəmmədrəsul Məcidov turnirin təsnifat mərhələsindən azad idi.[7][8] Onun 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Özbəkistan nümayəndəsi Sərdar Abdullayev oldu.[9] Məhəmmədrəsul Məcidov görüşün 2-ci raundda rəqibini nojauta salaraq qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Kolumbiya təmsilçisi İsaias Mena oldu. Həmin görüşün 3-cü raundunda İsaias Mena mübarizəni davam edə bilmədi və referilər görüşü dayandırdı.[11] Bununla da Məhəmmədrəsul Məcidov turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Kuba nümayəndəsi Erislandi Savon ilə üz-üzə gəldi. Məhəmmədrəsul Məcidov görüşün 2-ci raundda rəqibini nojdauna salaraq qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[12] Bununla o, həm də 2012-ci ildə baş tutaca London Olimpiadasına da vəsiqə qazandı.[13] Finala gedən yolda Məhəmmədrəsul Məcidovun rəqibi Qazaxıstan təmsilçisi İvan Dıçxo oldu.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 16:9 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[15] Onun həlledici görüşdə rəqibi İngiltərə nümayəndəsi Entoni Coşua oldu.[16] Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 22:21 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.[17] Bununla o, 8 ildən sonra Dünya Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı oldu.[18] Sonuncu dəfə 2003-cü ildə Ağası Məmmədov bu uğura imza atmışdı.[18] Məhəmmədrəsul Məcidov müsahibəsində bunları bildirdi: "Mənim həyatımda belə anlar hələ olmamışdı. Bu sonsuz sevincdir. Hələ də Dünya çempionu olduğuma inanmıram. Bu Dünya Çempionatında beşinci görüşüm idi. Final ən çətin görüşüm oldu".[19] Təltifetmə mərasimi zamanı Dünya Çempionatının qızıl medalını Məhəmmədrəsul Məcidova Azərbaycan Prezidentiİlham Əliyev təqdim elədi.[20] Dünya Çempionatından sonra Məhəmmədrəsul Məcidov AIBA tərəfindən 2011-ci ilin ən yaxşı idmançısı seçildi.[21][22]
Məhəmmədrəsul Məcidov 2011-ci ilin mayında Belarusda baş tutan Sovet İttifaqı Qəhrəmanı V. Livensevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı.[27][28] Turnirin final görüşündə o, məğlub oldu və turnirin gümüş medalına sahibi oldu.[29]
2011-ci ildə Dünya Çempionatının qalibi olan Məhəmmədrəsul Məcidov London Olimpiadasının favoritlərindən biri hesab olunurdu.[33] Avqustun 1-də 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Məhəmmədrəsul Məcidovun rəqibi Konqo DR nümayəndəsi Meji Mvamba oldu.[34] Görüşün birinci raundundan sonra Məhəmmədrəsul Məcidov 8:1 hesabı ilə üstün tərəf idi.[35] Növbəti raundda isə Məcidovun qüvvətli zərbəsindən sonra Mvambanın dəbilqəsi çıxdı və referilər görüşü dayandırdı.[35] Nəticədə Məhəmmədrəsul Məcidov rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı və 1/4 final mərhələsinə adladı.[35][36] Görüşdən sonra o, müsahibəsində bunları bildirdi: "Çalışacam turnirdə bacardığım qədər irəli gedim".[37] Avqustun 6-da turnirdə 1/4 final mərhələsinin görüşləri baş tutdu. Məhəmmədrəsul Məcidovun bu mərhələdə rəqibi — 2011-ci ilin Avropa Çempionatının qalibi olan Rusiya Federasiyası nümayəndəsi Məhəmməd Ömərov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci raundu heç-heçə başa çatdı — 4:4. Görüşün növbəti raundunda isə üstün tərəf Məhəmməd Ömərov oldu — 7:6. Üçüncü raundda zərbələrinin sayını artıran Məhəmmədrəsul Məcidov, raundda 7:3 hesabı ilə qalib gəldi. Bununla da ümumi nəticədə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 17:14 hesabı ilə qələbə qazandı və London Olimpiadasının yarım-final mərhələsinə vəsiqə qazandı.[38][39] Bu mərhələdə onun rəqibi — 2008-ci il Olimpiadasının qalibi, 2007 və 2009-cu illərin Dünya Çempionatının qalibi olan İtaliya nümayəndəsi Roberto Kammarelle oldu.[40]London Olimpiadasının yarım-final görüşləri avqustun 10-da baş tutdu. Yarım-final mərhələsinin birinci cütündə Məhəmmədrəsul Məcidov (Azərbaycan) və Roberto Kammarella (İtaliya), digər cütündə isə İvan Dıçxo (Qazaxıstan) və Entoni Coşua (Birləşmiş Krallıq) üz-üzə gəlirdi. Görüşün birinci raundunda Məcidov rəqibindən üstün oldu — 6:4. Görüşün növbəti raundunda isə Kammarella zərbələrinin sayını artırdı və hesabı bərabərləşdirdi — 4:6. Görüşün üçüncü raundu isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə referilərin mübahisəli qərarına əsasən Roberto Kammarelle görüşün qalibi elan edildi — 3:2.[41][42] Avqustun 11-də ABF tərəfindən Məhəmmədrəsul Məcidov və Roberto Kammarelle görüşünün nəticəsi barədə apellyasiya verilsə də, AIBA tərəfindən rədd edildi.[43][44] Bununla da Məhəmmədrəsul Məcidov XXXII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[45] Yarım-final mərhələsinin digər görüşündə Entoni Coşua, İvan Dıçxo üzərində qələbə qazandı və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Entoni Coşua, Roberto Kammarelledən üstün oldu (18+:18) və London Olimpiadasının qızıl medalına sahib oldu. Azərbaycan yığmasının baş məşqçisi Nəriman Abdullayev müsahibəsində "Məhəmmədrəsul Məcidovun ədalətsiz qərarla üzləşdiyini" bildirdi.[46] 2003-cü il Dünya Çempionatının qalibi olan Ağası Məmmədov isə müsahibəsində "Məhəmmədrəsul Məcidovun Roberto Kamamrelledən daha üstün olduğunu" bildirdi.[47]London Olimpiadasından sonra isə Məhəmmədrəsul Məcidov bunları bildirdi: "Hamı Olimpiadanın medalına sahib ola bilmir. Elə idmançılar var, ümumiyyətlə turniri medalsız başa vurdular. Bürünc medal qazandığım üçün şadam əlbəttə. Çalışacam bundan sonra nəticələrimi daha da yaxşılaşdırım".[48]
Məhəmmədrəsul Məcidov 2013-cü ilin martında baş tutan "İpəl Yolu" beynəlxalq turnirdə mübarizə apardı.[50] 8 aydan sonra birinci dəfə rinqə çıxan Məhəmmədrəsul Məcidov, turnirin final görüşündə qalib gəldi və turnirin qızıl medalına sahibi oldu[51][52]
2013-cü ilin əsas turnirindən biri 1–8 iyunda Belarusda baş tutan Avropa Çempionatı idi. Bu turnir Məhəmmədrəsul Məcidov üçün Olimpiadadan sonra birinci ciddi sınaq idi.[53] Avropa Çempionatının təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidov, iyunun 5-də rinqə çıxdı.[54] 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə onun rəqibi Rumıniya nümayəndəsi Mihai Nistor oldu. Həmin görüşdə təmiz qələbə qazanan Məhəmmədrəsul Məcidov, Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[55] Bu mərhələdə o, 2004-cü il Afina Olimpiadasının finalçısı olan Belarus təmsilçisi Victor Zuyev ilə üz-üzə gəldi. Görüşdən əvvəl Məcidov müsahibəsində bunları bildirdi: "Ev sahibi dövlətin idmançı ilə görüşlərdə referilər daim onların tərəfində olur. Çalışacam rəqibim üzərində təmiz qələbə qazanım".[56] İyunun 7-də baş tutmalı olan görüşdə, Belarus təmsilçisi Victor Zuyev gözündə olan problemlərə görə mübarizə apara bilmədi. Bununla da Məhəmmədrəsul Məcidov Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[57] Həlledici görüşdə onun rəqibi 2011-ci il Avropa Çempionatının qalibi olan Rusiya Federasiyası nümayəndəsi Sergey Kuzmin oldu.[58] Həmid görüşdə rəqibindən üstün olan Məhəmmədrəsul Məcidov, 3:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[59][60][61] 2 il ərzində həm Dünya Çempionatının, həm də Avropa Çempionatının qalibi olan Məhəmmədrəsul Məcidov, əsas məqsədinin 2016-cı il Olimpadasında qızıl medal qazanmaq olduğunu bildirdi.[62]
2013 Avropa Çempionatında nəticələri
Sıra
Nəticə
Tarix
Rəqib
Hesab
Mərhələ
1.
Qəl.
05/06/2013
Mihai Nistor
RSC
1/4 final mərhələsi
2.
Qəl.
07/06/2013
Victor Zuyev
WO
1/2 final mərhələsi
3.
Qəl.
08/06/2013
Sergey Kuzmin
3:0
qızıl medal qazandı
2013-cü ilin əsas turniri QazaxıstanınAlmatı şəhərində baş tutan Dünya Çempionatı oldu.[63] Son Dünya Çempionatının qalibi olan Məhəmmədrəsul Məcidov, titulunu qorumağa iddialı idi.[64][65][66]Baluan Şolaq adına İdman və Mədəniyyət Sarayında baş tutan turnirdə o, güclülərin yarım-qrupunda mübarizə apardı. Bu qrupun əsas favoritləri Məhəmmədrəsul Məcidov və İtaliya nümayəndəsi Roberto Kammarelle idi. Təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidovun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi ABŞ nümayəndəsi Lenroy Tompson oldu.[67] Həmin görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[68][69] Bu mərhələdə o, Rusiya Federasiyası nümayəndəsi Məhəmməd Ömərov ilə üz-üzə gəldi. Məcidov, Ömərovu 2012-ci ildə London Olimpiadasında məğlub eləmişdi. Bu səfərdə görüşdə üstün tərəf Məhəmmədrəsul Məcidov oldu.[70][71] Bununla da o, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi London Olimpiadasında məğlub olduğu İtaliya nümayəndəsi Roberto Kammarelle oldu. Prinsipial görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Görüşdən sonra o, müsahibəsində "görüşün ağır olduğunu" və "London Olimpiadasında yaşadığı məğlubiyyətin revanşını aldığını" bildirdi.[72] Həlledici görüşdə onun rəqibi 2012-ci il London Olimpiadasının bürünc medalına sahib olan Qazaxıstan nümayəndəsi İvan Dıçxo oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci raundunda qalib gələn tərəf Dıçxo oldu. Növbəti raundda da üstün tərəf Dıçxo idi. Sonuncu raundda isə toparlanmağı bacaran Məhəmmədrəsul Məcidov, zərbələrinin sayını artırdı və görüşün sonlarında rəqibini nojauta salaraq qələbə qazandı. Bununla da Məhəmmədrəsul Məcidov növbəti dəfə Dünya Çempionatının qalibi oldu.[73][74] Məhəmmədrəsul Məcidov 2 dəfə Dünya Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.[75] Görüşdən sonra o, müsahibəsində bunları bildirdi: "Qələbə qazandığım üçün şadam. ABF mənim üçün bütün şəraiti yaratmışdı və mənim qızıl medalın bir addımlığımda məğlub olmağım, doğru olmazdı".[76][77]
Məhəmmədrəsul Məcidov 2013-cü ilin nəticələrinə əsasən Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən və "Azerisport" idman portalı tərəfindən ilin ən yaxşı idmançısından biri seçildi.[78][79]
2014-cü il ərzində Dünya və Avropa Çempionatları baş tutmadığı üçün Məhəmmədrəsul Məcidov, il ərzində beynəlxalq turnirlərdə mübarizə aparmadı.
Məhəmmədrəsul Məcidov Azərbaycan yığmasının heyətində 2015-ci ilin martında İtaliyada, mayında isə Mexicoda baş tutan təlim-məşq toplanışlarında oldu.[80][81] Təlim-məşq toplanışlarının əsas məqsədi iyunda Avropa Oyunlarına, sentyabrda isə Dünya Çempionatına hazırlıq idi.[82]
Məhəmmədrəsul Məcidov 12–28 iyunda baş tutan I Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə cəlb edildi.[83][84] Təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidov, iyunun 19-da rinqə çıxdı. 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi Mixeil Baxtidze oldu. Həmin görüşdə Məhəmmədrəsul Məcidov rəibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının 1/4 final mərhələsinə adladı.[85] Bu mərhələdə o, iyunun 22-də Türkiyə təmsilçisi Əli Ərən Dəmirəzən ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədrəsul Məcidov 3:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[86] Bu mərhələdə onun rəqibi Rusiya Federasiyası nümayəndəsi Həsən Hümbətov oldu. İyunun 25-də baş tutmalı olan görüşdə Məhəmmədrəsul Məcidov mübarizə aparmadı. Buna səbəb onun hələ turnirdən əvvəl zədəli olması, turnir zamanı isə zədəsinin daha da şiddətlənməsi oldu.[87] Bununla da Məhəmmədrəsul Məcidov I Avropa Oyunlarının bürünc medalına sahib oldu.[88]
Avropa Oyunlarından sonra bütün diqqətlər QətərinDoha şəhərində baş tutacaq Dünya Çempionatına yönəldi. 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına lisenziya verən turnirdə mübarizə aparacaq idmançıların siyahısı, avqustun 11-də açıqlandı. AIBA tərəfindən açıqlanan siyahıda, Avropa Oyunlarının nəticələrinə əsasən Məhəmmədrəsul Məcidov da turnirdə mübarizə aparacağı bildirildi.[90][91] Məhəmmədrəsul Məcidov sentyabrda Azərbaycan yığmasının heyətində İtaliyada baş tutan təlim-məşq toplanışlarında oldu.[92] Təlim-məşq toplanışlarından sonra idmançılar Doha şəhərinə yola düşməli idi. Amma Dünya Çempionatının startına beş gün qala Azərbaycan yığmasının tibbi personalı Məhəmmədrəsul Məcidovun turnirdə mübarizə aparmasına razılıq vermədiyini açıqladı.[93] Tibb personalı onun zədəsinin daha ciddi problemlərə yol aça biləcəyini bildirdi, məhz buna görə idmançının turnirdə çıxış eləməməsini məqsədəyğun hesab elədi. Məhəmmədrəsul Məcidov isə müsahibəsində bunları bildirdi: "Son ana qədər Dünya Çempionatında çıxış edə biləcəyimə ümid edirdim. Üçüncü dəfə Dünya çempionu olmaq istəyirdim. Amma tibbi personalla mübahisəyə eləməyə dəyməz. İndi təsnifat turnirləri haqqında düşünməliyəm. Olimpiadaya vəsiqə qazanacağıma inanıram.".[94]
Dünya Çempionatından sonra Azərbaycan yığması təlim-məşq toplanışlarını bərpa elədi.[95]
Məhəmmədrəsul Məcidov 2016-cı ilin fevralında Azərbaycan yığmasının heyətində Kolorado Sprinqs şəhərində baş tutan təlim-məşq toplanışlarında oldu.[96]
XXXI Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 8–18 apreldə Samsun şəhərində baş tutdu.[97] Reqlamentə əsasən turnirdə 1–3-cü pillələrin sahibi olacaq idmançılar, Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanırdı. 2 dəfə Dünya Çempionatının qalibi olan Məhəmmədrəsul Məcidovda həmin turnirdə mübarizə apardı.[98] Təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidovun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi İrlandiya nümayəndəsi Dean Gardiner oldu. Həmin görüşdə o, rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[99] Bu mərhələdə onun rəqibi İtaliya təmsilçisi Guido Vianello oldu. Bu görüşdə də üstün tərəf Məhəmmədrəsul Məcidov oldu — 3:0.[100] Bununla da o, təsnifat turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Məhəmmədrəsul Məcidovun rəqibi, bir il əvvəl baş tutan Avropa Oyunlarında qalib gəldiyi Türkiyə nümayəndəsi Əli Ərən Dəmirəzən oldu.[101] Həmin görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazanaraq Rio-de-Janeyro Olimpiadasına vəsiqəni təmin elədi.[102][103] Formal əhəmiyyətə sahib olan final görüşündə isə o, Birləşmiş Krallıq təmsilçisi Cozef Coysa 1:2 hesabı ilə məğlub oldu və Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu.[104]
Dörd il əvvəl Londonda Olimpiadanın bürünc medalına sahib olan Məhəmmədrəsul Məcidov, bu səfər qələbəyə iddialı idi.[108] 18 idmançının mübarizə apardığı turnirdə o, avqustun 9-da rinqə çıxdı.[109] Təsnifat mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Mərakeş nümayəndəsi Məhəmməd Arcau oldu.[110] Həmin görüşdə Məhəmmədrəsul Məcidov rəqibindən üstün oldu və ümumi nəticədə 3:0 hesabı ilə qələbə qazanaraq Rio-de-Janeyro Olimpiadasının 1/8 final mərhələsinə adladı.[111][112] Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi İvan Dıçxo oldu. Məhəmmədrəsul Məcidov bundan əvvəl İvan Dıçxonu 2 dəfə — 2011-ci ildə Dünya Çempionatının yarım-final mərhələsində və 2013-cü ildə Dünya Çempionatının final görüşündə məğlub eləmişdi. Görüşdən əvvəl Məcidov müsahibəsində Dıçxo haqqında bunları dedi: "Qazaxıstandan olan İvan Dıçxo mənim əvəzli rəqiblərimdən biridir. Çox güclü rəqibdir. Onunla olan bütün görüşlərim ağır olub. Mən onunla dostluq edirəm, amma rinqdə dostluq unudulur".[113] İdman mütəxəssislərinin rəyinə əsasən bu qarşılaşma finala bərabər görüş hesab olunurdu. Məhəmmədrəsul Məcidov və İvan Dıçxo arasında görüş avqustun 13-də baş tutdu. Görüşün birinci raundu gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə referilər rəyinə əsasən raundun qalibi İvan Dıçxo oldu. Göüşün növbəti raundunda isə Məhəmmədrəsul Məcidov zərbələrinin sayını artırsa da, raundun gedişində gözündən zərbə aldı. Tibb personalının müdaxiləsindən onun görüşü davam eləməsinə razılıq verilmədi. Bu qərara Məcidov etiraz eləsə də, tibb personalı görüşün davam edəcəyi halda onun görmə qabiliyyətində problemlərin ciddi olacağını bildirdi. Referilər görüşün davam eləməsinə icazə vermədi və İvan Dıçxo görüşün qalibi elan edildi. Məhəmmədrəsul Məcidov isə Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı.[114][115] Bu onun sonuncu Olimpiadası oldu.[116][117]
2016 Olimpiya Oyunlarında nəticələri
Sıra
Nəticə
Tarix
Rəqib
Hesab
Mərhələ
1.
Qəl.
09/08/2016
Məhəmməd Arcau
3:0
1/16 final mərhələsi
2.
Məğ.
13/08/2016
İvan Dıçxo
0:3
1/8 final mərhələsi
Noyabrda Azərbaycan yığmasının baş məşqçisi Nəriman Abdullayev müsahibəsində "Olimpiadadan sonra Albert Səlimovun, Abdulqədir Abdullayevin və Məhəmmədrəsul Məcidovun idmanla vidalaşmağı qərara aldığını, amma sonradan onları bu qərardan uzaqlaşdırdığını" bildirdi.[118]
2017-ci ilin mayında Məhəmmədrəsul Məcidov Rio-de-Janeyro Olimpiadasından sonra birinci dəfə rinqə çıxdı. Məhəmmədrəsul Məcidov 12–22 mayda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı.[119][120][121] Təsnifat mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Nurlan Saparbəy oldu.[122] Mayın 12-də baş tutan görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[123][124] Bu mərhələdə onun rəqibi Misir təmsilçisi Uosri Hafiz oldu.[125] Mayın 15-də baş tutan görüşdə isə Məhəmmədrəsul Məcidov rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı və İslamiadanın yarım-final mərhələsinə adladı.[126] Bu mərhələdə o, İordaniya təmsilçisi Hüseyn İşaiş ilə üz-üzə gəldi. Mayın 17-də baş tutan görüşdə Məhəmmədrəsul Məcidov bu səfərdə rəqibindən üstün oldu — 5:0.[127] Bununla da o, İslamiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Suriya nümayəndəsi Manaf Əsəd oldu.[128] Mayın 18-də baş tutan həlledici görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı.[129] Bununla da Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[130][131]
İslamiadadan sonra bütün diqqətlər 16–24 iyunda baş tutan Avropa Çempionatına yönəldi. Sonuncu dəfə 2013-cü ildə Avropa Çempionatında çıxış edən Məhəmmədrəsul Məcidov, 4 ildən sonra yenidən turnirin qalibi olmağı hədəfləyirdi.[132] Həmin Avropa Çempionatının nəticələrinə əsasən həm də avqustda AlmaniyanınHamburq şəhərində baş tutan Dünya Çempionatında mübarizə aparacaq idmançıların da adları məlum olacaqdı.[133][134] Təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidov, iyunun 19-da rinqə çıxdı.[135] 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə onun rəqibi Bolqarıstan nümayəndəsi Petar Belberov oldu.[136][137] Həmin görüşdə o, rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[138] Bu mərhələdə onun rəqibi Fransa təmsilçisi Camili Din Abudu oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədəsul Məcidov rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini dayandırdı.[139] Turniri medalsız başa vursa da o, sentyabrda baş tutacaq Dünya Çempionatına lisenziya qazana bildi.
2017 Avropa Çempionatında nəticələri
Sıra
Nəticə
Tarix
Rəqib
Hesab
Mərhələ
1.
Qəl.
19/06/2017
Petar Belberov
4:1
1/8 final mərhələsi
2.
Məğ.
21/06/2017
Camili Din Abudu
2:3
1/4 final mərhələsi
2017-ci ilin əsas turniri 25 avqust-2 sentyabrda AlmaniyanınHamburq şəhərində baş tutan Dünya Çempionatı oldu.[140][141][142] Dörd ildən sonra yenidən Dünya Çempionatında rinqə çıxacaq Məhəmmədrəsul Məcidovun iyunda Avropa Çempionatında uğursuz nəticə göstərməsindən sonra, onun bu turnirdə qalib olacağına olan ümidlər az idi.[143] Məhəmmədrəsul Məcidov Dünya Çempionatında avqustun 26-da rinqə çıxdı. Təsnifat mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Hindistan nümayəndəsi Satiş Kumar oldu. Həmin görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[144][145] Bu mərhələdə o, İordaniya təmsilçisi Hüseyn İşaiş ilə üz-üzə gəldi. Məcidov, İşaişi mayda baş tutan İslamiada da məğlub eləmişdi. Avqustun 28-də baş tutan görüşdə Məhəmmədrəsul Məcidov rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[146] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Camili Din Abudu oldu. Məcidov, iyunda baş tutan Avropa Çempionatında məhz Din Abuduya məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə bu səfər üstün tərəf Məhəmmədrəsul Məcidov oldu — 3:2. Bununla da o, Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[147] Bu mərhələdə onun rəqibi Avstraliya təmsilçisi Cosef Qodal oldu. Sentyabrın 1-də baş tutan görüşdə Məhəmmədrəsul Məcidov rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və dörd ildən sonra yenidən Dünya Çempionatının final görüşünə vəsiə qazandı.[148] Həlledici görüşdə o, Qazaxıstan nümayəndəsi Kamşıbəy Kunqabayev ilə üz-üzə gəldi. Final görüşü sentyabrın 2-də baş tutdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədrəsul Məcidov 4:1 hesabı ilə qalib gəldi və üçüncü dəfə Dünya Çempionatının qalibi oldu.[149][150] Bununla da Məhəmmədrəsul Məcidov üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran birinci və yeganə Azərbaycan idmançısı olaraq tarixə düşdü.[151] Məhəmmədrəsul Məcidov Dünya Çempionatından sonra müsahibəsində bunları bildirdi: "Bütün görüşlərim çətin oldu. Əsas da final görüşü. Amma mən turnirə əla formada hazırlaşmışdım. Xüsusi olaraq məşqçilərin və federasiya rəhbərliyinin dəstəyini vurğulamaq istəyirəm".[152]
Məhəmmədrəsul Məcidov üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran 14 idmançıdan biri oldu.[153]
2017 Dünya Çempionatında nəticələri
Sıra
Nəticə
Tarix
Rəqib
Hesab
Mərhələ
1.
Qəl.
26/08/2017
Satiş Kumar
5:0
1/16 final mərhələsi
2.
Qəl.
28/08/2017
Hüseyn İşaiş
5:0
1/8 final mərhələsi
3.
Qəl.
29/08/2017
Camili Din Abudu
3:2
1/4 final mərhələsi
4.
Qəl.
01/09/2017
Cosef Qodal
4:1
1/2 final mərhələsi
5.
Qəl.
02/09/2017
Kamşıbəy Kunqabayev
4:1
qızıl medal qazandı
Məhəmmədrəsul Məcidov 2017-ci ilin nəticələrinə əsasən Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən və "Azerisport" idman portalı tərəfindən ilin ən yaxşı idmançısından biri seçildi.[154][155]
Dünya Çempionatından sonra Məhəmmədrəsul Məcidov idmanla vidalaşdı.[156][157]