Məhərrəmkənd

Kənd
Məhərrəmkənd
41°36′57″ şm. e. 48°20′55″ ş. u.HGYO
Ölkə
Federativ subyekt Dağıstan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1801
Mərkəzin hündürlüyü 377 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.756 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368780
Xəritəni göstər/gizlə
Məhərrəmkənd xəritədə
Məhərrəmkənd
Məhərrəmkənd
Məhərrəmkənd xəritədə
Məhərrəmkənd
Məhərrəmkənd

Məhərrəmkənd kəndi (ləzg. Мегьарамдхуьр[2]) Dağıstan Respublikasında Məhərrəmkənd rayonunda yerləşən kənd. Kənd Məhərrəmkənd rayonunun inzibati mərkəzi və Məhərrəmkənd kənd sovetinin yaşayış məntəqəsidir. Məhərrəmkənd adını ilk məskunlaşan və Quba əyalətindən olan, burada bir daxmada yaşayan Məhərrəmdən almışdır.[3]

Məhərrəmkənd Dağıstanın cənubunda, Mahaçqaladan 180 km məsafədə yerləşir. Kəndin cənubunda Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədi yerləşir. Keppenin iqlimlər təsnifatına görə Məhərrəmkənd subtropikə yaxın iqlimə malikdir, mülayim qışı və isti, quraq yayı ilə səciyyələnir.[4]

Kənd XIX əsrin əvvəllərində yaranmışdır. Quba üsyanının iştirakçısı Kürə üsyançı dəstəsinin başında olmuş Mahmud-əfəndi Məhərrəmkəndli idi.[5] O dövrdə Məhərrəmkənd Kürə xanlığı [6] ilə Quba əyaləti arasında əlaqəsi olmayan bir orta mövqe tuturdu. 1866–1928-ci illərdə Məhərrəmkənd Güney əyalətinin bir hissəsi olaraq Kürə dairəsinə daxil edildi. Kuysun və Tahirkənd kəndləri ilə birlikdə Məhərrəmkənd Kənd Cəmiyyəti yaradıldı.[7] 1886-cı ildə Məhərrəmkənddə 369 nəfər yaşayırdı .[8] 1936-cı ildə 1 nömrəli Məhərrəmkənd orta məktəbi, 1964-cü ildə isə 2 nömrəli Məhərrəmkənd orta məktəbi təsis edildi. 1965-ci ildə Kansavkənt, Bill-Bill və Qazer kəndlərinin sakinləri Məhərrəmkəndə köçdülər. Ən çox köçmə Selegün kəndindən olmuşdu.[9]

2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 58.694 nəfər əhali yaşayır ki bunun da 6.266 nəfəri Məhərrəmkənd kəndində məskunlaşmışdır. Kənd əhalisinin əksəriyyətini ləzgilər təşkil edir.[10]

Yerli məşhurlar

[redaktə | mənbəni redaktə et]

Arsen Allahverdiyev – Sovet sərbəst güləşçisi, üçqat Avropa çempionu, SSRİ çempionatlarının dəfələrlə mükafatçısı, SSRİ-nin əməkdar idman ustası (1973). Dağıstan MSSR-nin əməkdar mədəniyyət işçisi (1972).
Eldar İsmayılov – radiasiya biofizikası sahəsində beynəlxalq səviyyədə tanınmış bir mütəxəssisdir.[11]
Alman Əhmədov – rus dilçisi və metodisti, milli məktəbdə və РКИ-də rus dilinin tədrisi metodikası, intonasiya, rus dilinin tədrisi sahəsində mütəxəssis, filologiya elmləri doktoru.
Najmudin Kazıyev - Rusiya Federasiyasının əməkdar metallurqu, 2-ci dərəcəli Vətənə xidmətə görə medalı laureatı.

  1. "1.5. Численность населения городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов Республики Дагестан". İstifadə tarixi: 2024-06-25..
  2. А. Ганиева.Лезги халкьдин манияр: Дагъустандин халкьрин манияр, сериядал Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine— Махачкала : Дагучпедгиз, 1970. — С. 129. — 134 с.
  3. Лавров Л. И. Этнография Кавказа (по полевым материалам 1924 — 1978 гг.). — Л.: Наука, 1982. — С. 154.
  4. "погода в Магарамкенте — прогноз". 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  5. Кавказская война из показаний участников восстания кубинских лезгин[ölü keçid]
  6. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  7. "Магарамкент, село - Магарамкентский район - Дагестан". 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  8. "Население Гюнейского наибства Кюринского округа по сёлам в 1886 году". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  9. "Магарамкентская СОШ № 2". 2014-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  10. "Общая информация - Магарамкентский район - ФЛНКА". 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  11. "Магарамкентская СОШ № 1". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]