Mələuez rayonu | |||||
---|---|---|---|---|---|
Мәләүез районы | |||||
|
|||||
52°57′00″ şm. e. 55°55′59″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Meleuz | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34764 | ||||
Poçt indeksi | 4538ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Mələuez rayonu (başq. Мәләүез районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Meleuz şəhəridir.
Rayon Başqırdıstanın cənubunda yerləşir. Rayonun sahəsi 3232 km²-dir. Rayon ərazisinin qərb hissəsi Pribelskaya təpəli düzənliyində, cənub hissəsi Ümumi Şırtın şimal bölgəsində, şərq hissəsində isə Başqırd (Cənubi) Uralının qərb silsilələri keçir. Hidroqrafik şəbəkə qeyri-bərabər paylanır. Aqidel çayı və onun qolları Nuquş, Suxail, Aşkadar, Meleuz çayları ilə təmsil olunur. İqlimi mülayim kontinental, qurudur. Tünd boz meşə torpaqları geniş yayılmışdır. Faydalı qazıntıları neft, gil, qum, əhəng daşı, çınqıl və aqronom filiz yataqları ilə təmsil olunur.
Əvvəllər rayon ərazisinə Orenburq vilayətinin Sterlitamak qəzasının Mələuez, Zirqan və Araslanov volostlarının əraziləri daxil idi.
Mələuez rayonu 20 avqust 1930-cu ildə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən Başqırd Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsi ləğv edilərək yerində 48 rayonun qurulması ilə formalaşır.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 83,13 min nəfər.
2035 - 79,27 min nəfər.
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 44,8%, başqırdlar - 33,1%, tatarlar - 14,9%, çuvaşlar - 3,4 %, ukraynalılar - 1,2, digər millətlərdən olanlar - 2,6%[3].
Şəhər şəraitində (Meleuz şəhəri) rayon əhalisinin 68,12 % -i yaşayır.
Rayon sənaye və kənd təsərrüfatı istiqamətlidir. Sənaye müəssisələri Meleuz şəhərində cəmləşmişdir. Kənd təsərrüfatına yararlı torpaqlar 173,8 min ha-dır. Bunun 116.0 min ha əkin sahələri, 14.5 min ha biçənəklər, 43.1 min ha otlaq sahələridir. Bitkiçilik taxılçılıq, şəkər çuğunduru, günəbaxan, kartof becərilməsi ilə təmsil olunur. Heyvandarlıq ətlik və südlük maldarlıq, donuzçuluq, qoyunçuluqla təmsil olunur.
Rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 14 orta məktəb, 30 kütləvi kitabxana, 50 klub müəssisəsi, mərkəzi və 2 rayon xəstəxanası var. Rus dilində «Otyabr yolu» və başqırd dilində «Kunqak» qəzetləri nəşr olunur.
Ufa-Orenburq dəmir yolu və R-240 Ufa-Orenburq federal magistralı rayon ərazisindən keçir.