Məmlük sultanlığı hökmdarları | |
---|---|
Keçmiş monarxiya | |
Məmlük sultanlığının gerbi | |
İlk hökmdar | İzzəddin Aybək |
Son hökmdar | II Tumanbəy |
Titul | sultan |
Rəsmi məkan | Qahirə |
Yaranması | 1250 |
Süqutu | 1517 |
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır.
Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar.[1] Bəhrilərdən ilk sultan Baybarsdır.[1]
Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.[2]
№ | Titul adı | Adı | Hakimiyyətin başlanğıcı | Hakimiyyətin sonu | Milliyyəti | Qeydlər | Sikkə | |||
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Əl-Məlik əl-Muizz | İzzəddin Aybək | 31 iyul 1250[3] | 10 aprel 1257[4] | Türkmən | Əyyubi sultanı Saleh Əyyubun məmlükü. Saleh Əyyubun ölümündən sonra onun dul arvadı Şəcər Durrla evləndi və 1250-ci ilə qədər Əyyubi dövlətini faktiki olaraq Aybək idarə edirdi. 1250-ci ildə Şəcər Durrun taxtdan tamamən çəkilməsi ilə Aybək qanuni hökmdar elan edildi və beləliklə Məmlük sultanlığının əsası qoyuldu[3] | ||||
2 | Əl-Məlik əl-Mənsur | Nurəddin Əli | 15 aprel 1257[5] | noyabr 1259[5] | Türkmən | Aybəkin oğlu. | ||||
3 | Əl-Məlik əl-Müzəffər | Seyfəddin Qutuz | noyabr 1259[5] | 24 oktyabr 1260[5] | Xarəzmli türk[6] | Aybəkin Muiziyyə dəstəsindən olan məmlükü.[7] Nurəddin Əlinin dövründə isə baş vəzir idi və əyanlar arasında güclü mövqeyə sahib idi.[8] | ||||
4 | Əl-Məlik əz-Zahir | Rükunəddin Baybars | 24 oktyabr 1260[5] | 1 iyul 1277[5] | Qıpçaq | Bəhri məmlükü və Bəhri sülaləsinin banisi.[7] | ||||
5 | Əl-Məlik as-Sa'id | Nəsrəddin Bərkə | 3 iyul 1277[5] | avqust 1279[5] | Qıpçaq | Baybarsın oğlu.[6][9][10] | ||||
6 | Əl-Məlik əl-Adil | Bədrədddin Sülemiş | avqust 1279[5] | noyabr 1279[5] | Qıpçaq | Baybarsın oğlu | ||||
7 | Əl-Məlik əl-Mənsur | Seyfəddin Kalavun | noyabr 1279[5] | 10 noyabr 1290[5] | Qıpçaq[11] | Bəhri məmlükü və Baybarsın baş vəziri | ||||
8 | Əl-Məlik əl-Əşrəf | Səlahəddin Xəlil | 12 noyabr 1290[5] | 12 dekabr 1293[5] | Qıpçaq | Kalavunun oğlu. | ||||
9 | Əl-Məlik an-Nasir | Nəsrəddin Məhəmməd | 14 dekabr 1293[5] | dekabr 1294[5] | Qıpçaq | Kalavunun oğlu, birinci hakimiyyəti dövrü. | ||||
10 | Əl-Məlik əl-Adil | Zeynəddin Kitbuğa | dekabr 1294[5] | 7 dekabr 1296[5] | Monqol[12] | Kalavunun məmlükü.[12] | ||||
11 | Əl-Məlik əl-Mənsur | Hüsaməddin Laçın | 7 dekabr 1296[5] | 16 yanvar 1299[5] | Çərkəz [13] | Kalavunun məmlükü.[12] | ||||
12 | Əl-Məlik an-Nasir | Nəsrəddin Məhəmməd | 16 yanvar 1299[5] | mart 1309[5] | Qıpçaq | İkinci hakimiyyəti. | ||||
13 | Əl-Məlik əl-Müzəffər | Rüknəddin Baybars Çaşnigir | aprel 1309[5] | 5 mart 1310[5] | Çərkəz [13] | Kalavunun məmlükü.[14] | ||||
14 | Əl-Məlik an-Nasir | Nəsrəddin Məhəmməd | 5 mart 1310[5] | 6 iyun 1341[5] | Qıpçaq | Üçüncü hakimiyyəti. | ||||
15 | Əl-Məlik əl-Mənsur | Seyfəddin Əbubəkir | 8 iyun 1341[5] | avqust 1341[15] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[16] Lakin hakimiyyət məmlükü Qavsunun əlində idi.[15] | ||||
16 | Əl-Məlik əl-Əşrəf | Ələddin Küçük | avqust 1341[17] | 21 yanvar 1342[18] | Qıpçaq vəTatar | Nəsrəddin Məhəmmədin oğlu.[16] Uşaq ikən Qavsun tərəfindən sultan elan edilmişdi.[15] | ||||
17 | Əl-Məlik an-Nasir | Şihabəddin Əhməd | 21 yanvar 1342[18] | 27 iyun 1342[19] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[16] | ||||
18 | Əl-Məlik əs-Saleh | İmadəddin Əbülfida İsmayıl | 27 iyun 1342[18] | 3 avqust 1345[2] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[16] | ||||
19 | Əl-Məlik al-Kamil | Seyfəddin Şaban | 3 avqust 1345[2] | 18 September 1346[2] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[16] | ||||
20 | Əl-Məlik əl-Müzəffər | Seyfəddin Hacı | 18 September 1346[2] | 10 dekabr 1347[2] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[16] | ||||
21 | Əl-Məlik an-Nasir | Bədrəddin Həsən | dekabr 1347 | 21 avqust 1351[2] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu, birinci hakimiyyəti dövrü. Həsən gənc yaşlarında taxta çıxmışdı və həqiqi hakimiyyət dörd böyük əmir, Şeyxu Nasiri, Taz Nasiri, Məncək Yusufi və Baybuğa Qasimi tərəfindən idarə edilirdi. Həsən onların qərarlarına qarşı çıxdığı üçün devrildi. | ||||
22 | Əl-Məlik əs-Saleh | Səlahəddin Saleh | 21 avqust 1351[2] | 20 oktyabr 1354[2] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[16] | ||||
23 | Əl-Məlik an-Nasir | Bədrəddin Həsən | 20 oktyabr 1354[2] | 16 mart 1361[2] | Qıpçaq | İkinci hakimiyyəti. O, əmir Yalbuğa Öməri tərəfindən öldürüldü. | ||||
24 | Əl-Məlik əl-Mənsur | Səlahəddin Məhəmməd | 17 mart 1361[2] | 29 may 1363[2] | Qıpçaq | Seyfəddin Hacının oğlu. Əsl hakimiyyət Yalbuğa Ömərinin əlində idi və sonradan onun tərəfindən taxtdan salındı.[2] | ||||
25 | Əl-Məlik əl-Əşrəf | Zeynəddin Şaban | 29 may 1363[2] | 15 mart 1377[2] | Qıpçaq | Nəsrəddin Məhəmmədin oğlu.[20] | ||||
26 | Əl-Məlik əl-Mənsur | Ələddin Əli | 15 mart 1377[2] | 19 may 1381[2] | Qıpçaq | Zeynəddin Şabanın oğlu. Uşaq yaşlarında hakimiyyətə gəlmişdir. Lakin faktiki hakimiyyət İbək və Qartayda idi. İbəkin öldürülməsindən sonra isə hakimiyyət Yalbuğa Ömərinin keçmiş məmlükü Bərkuka keçdi. | ||||
27 | Əl-Məlik əs-Saleh | Səlahəddin Hacı | 19 may 1381[2] | 26 noyabr 1382[2] | Qıpçaq | Zeynəddin Şabanın oğlu. Onun dövründə də həqiqi hakimiyyət Bərkukun əlində idi. | ||||
28 | Əl-Məlik əz-Zahir | Seyfəddin Bərkuk | 26 noyabr 1382[2] | 1 iyun 1389[2] | Çərkəz | Yalbuğa Ömərinin keçmiş məmlüklərindən biri və Məmlük sultanlığında Bürcilər sülaləsinin banisi. | ||||
29 | Əl-Məlik əs-Saleh | Səlahəddin Hacı | 1 iyun 1389[2] | yanvar 1390[2] | Qıpçaq | İkinci hakimiyyəti. Bərkuka qarşı qalxmış üsyandan sonra hakimiyyətini yenidən bərpa etdi.[2] Lakin Bərkuk tərəfindən yenidən hakimiyyətdən uzaqlaşdırıldı və Qahirədə yaşamasına icazə verildi. | ||||
30 | Əl-Məlik əz-Zahir | Seyfəddin Bərkuk | 21 yanvar 1390[2] | 20 iyun 1399[2] | Çərkəz | İkinci hakimiyyəti. | ||||
31 | Əl-Məlik an-Nasir | Nəsrəddin Fərəc | 20 iyun 1399[2] | 20 September 1405[2] | Çərkəz | Seyfəddin Bərkukun oğlu.[2] | ||||
32 | Əl-Məlik əl-Mənsur | İzzəddin Əbdüləziz | 20 September 1405[2] | noyabr 1405[2] | Çərkəz | Seyfəddin Bərkukun oğlu.[2] | ||||
33 | Əl-Məlik an-Nasir | Nəsrəddin Fərəc | noyabr 1405[2] | 23 may 1412[2] | Çərkəz | İkinci hakimiyyəti. | ||||
34 | Əl-Məlik əl-Adil | Müstəin Billah | 23 may 1412[2] | 6 noyabr 1412[2] | Ərəb | Abbasi sülaləsindən idi və Şeyx Mahmudi tərəfindən hakimiyyətə gətirilmişdi. Faktiki olaraq hakimiyyət Şeyx Mahmudinin əlində idi. Bir müddət sonra Mahmudi tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı[2] | ||||
35 | Əl-Məlik al-Mu'ayyad | Şeyx Mahmudi | 6 noyabr 1412[2] | 13 yanvar 1421[2] | Çərkəz | Seyfəddin Bərkukun məmlükü. | ||||
36 | Əl-Məlik əl-Müzəffər | Müzəffər Əhməd | 13 yanvar 1421[2] | 29 avqust 1421[2] | Çərkəz | Şeyx Mahmudinin oğlu, taxta çıxarkən uşaq yaşlarında idi. | ||||
37 | Əl-Məlik əz-Zahir | Seyfəddin Tatar | 29 avqust 1421[2] | 30 noyabr 1421[2] | Çərkəz | Seyfəddin Bərkukun məmlükü.[21] | ||||
38 | Əl-Məlik əs-Saleh | II Nəsrəddin Məhəmməd | 30 noyabr 1421[2] | 1 aprel 1422[2] | Çərkəz | Seyfəddin Tatarın oğlu, taxta çıxarkən uşaq yaşlarında idi.[2] | ||||
39 | Əl-Məlik əl-Əşrəf | Seyfəddin Barsbay | 1 aprel 1422[2] | 7 iyun 1438[2] | Çərkəz | Seyfəddin Bərkukun məmlükü.[21] O, II Nəsrəddin Məhəmmədin tərbiyəçisi olmuşdur.[2] | ||||
40 | Əl-Məlik al-Aziz | Əziz Cəmaləddin Yusif | 7 iyun 1438[2] | 9 September 1438[2] | Çərkəz | Seyfəddin Barsbayın oğlu, taxta çıxarkən uşaq yaşlarında idi. | ||||
41 | Əl-Məlik əz-Zahir | Seyfəddin Çaxmaq | 9 September 1438[2] | 1 February 1453[2] | Çərkəz | Seyfəddin Bərkukun məmlükü.[21] | ||||
42 | Əl-Məlik əl-Mənsur | Fəxrəddin Osman | 1 February 1453[2] | 15 mart 1453[2] | Çərkəz | Seyfəddin Çaxmaqın oğlu.[2] | ||||
43 | Əl-Məlik əl-Əşrəf | Seyfəddin İnal | 15 mart 1453[2] | 26 February 1461[2] | Çərkəz | Seyfəddin Bərkukun məmlükü.[21] | ||||
44 | Əl-Məlik əl-Müəyyəd | Şəhabəddin Əhməd | 26 February 1461[2] | 28 iyun 1461[2] | Çərkəz | Seyfəddin İnalın oğlu.[2] | ||||
45 | Əl-Məlik əz-Zahir | Seyfəddin Xoşqədəm | 28 iyun 1461[2] | 9 oktyabr 1467[2] | Yunan[2] və ya türk[22] | Şeyx Mahmudinin məmlükü.[21] | ||||
45 | Əl-Məlik əz-Zahir | Seyfəddin Bilbəy | 9 oktyabr 1467[2] | 4 dekabr 1467[2] | Çərkəz | Şeyx Mahmudinin məmlükü.[23] | ||||
46 | Əl-Məlik əz-Zahir | Teymurbuğa | 4 dekabr 1467[2] | 31 yanvar 1468[2] | Yunan[24] | Seyfəddin Çaxmağın məmlükü.[21] | ||||
47 | Əl-Məlik əl-Əşrəf | Seyfəddin Qayıtbəy | 31 yanvar 1468[2] | 7 avqust 1496[2] | Çərkəz | Seyfəddin Barsbayın məmlükü.[25] | ||||
48 | Əl-Məlik an-Nasir | Nasir Məhəmməd | 7 avqust 1496[2] | 31 oktyabr 1498[2] | Çərkəz | Seyfəddin Qayıtbəyin oğlu.[2] | ||||
49 | Əl-Məlik əz-Zahir | Əbu Səid Qansu | 31 oktyabr 1498[2] | 30 iyun 1500[2] | Çərkəz | Seyfəddin Qayıtbəyin məmlükü.[26] | ||||
50 | Əl-Məlik əl-Əşrəf | Əbülnəsir Canbolat | 30 iyun 1500[2] | 25 yanvar 1501[2] | Çərkəz | Əvvəl Seyfəddin Qayıtbəyin məmlükü olsa da, daha sonra onu həbsdən çıxaran Əmir Yaşbəyin məmlükü olmuşdur.[27] | ||||
51 | Əl-Məlik əl-Adil | Seyfəddin Tumanbəy | 25 yanvar 1501[2] | 20 aprel 1501[2] | Çərkəz | Seyfəddin Qayıtbəyin məmlükü.[28] | ||||
52 | Əl-Məlik əl-Əşrəf | Qansu Qavri | 20 aprel 1501[2] | 24 avqust 1516[2] | Çərkəz | Onun kimin məmlükü olması məlum deyil. Lakin hərbi təhsilini Qahirənin "Qavr düşərgəsi"ndə aldığı üçün "əl-Qavri" adıyla tanınmışdır.[29] Taxta çıxmamışdan əvvəl əyalət valisi olmuşdur.[29] | ||||
53 | Əl-Məlik əl-Əşrəf | II Tumanbəy | 17 oktyabr 1516[2] | 15 aprel 1517[2] | Çərkəz | Sonuncu Məmlük sultanı. |
Kalā’ūn....Malik al-Nāṣir....Mongol Wars....Decline of the Bahri power....Timur in Syria....Wars with European Powers....Early relations with Turkey....The Turkish conquest