Mərcanvari herisium (lat. Hericium coralloides) —
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar"kateqoriyasına aiddir – CR B1b(i, iii) + 2b(ii, iii). Nadir növdür.[1][2]
Meyvə cismi oduncaqda inkişaf edir, birillik, mərcanvari budaqlanmış, möhkəm ayaqcıq əsaslı, 5-13 sm diametrindədir, cavan meyvə cismi ləti liflidir, qar kimi ağ, sonradan və ya əl ilə toxunduqda, xüsusi qurudulduğu zaman qonur rəng alır. Ləti ağ, lifli, xoş göbələk ətirlidir. Himenofor tikanlıdır, tikanlar budaqların alt hissəsində, konusvari, 4-10 mm uzunluğunda, mumvari konsistensiyalıdır.[3]
ksilotrofdur, oduncağın çürüməsini törədir. Quercus cinsinin növlərində, əsasən gövdəsində rast gəlinir. Meyvə cisimləri tək-tək, payız mövsümündə rast gəlinir.[4]
Balakən rayonunun Mahamalar kəndi ətrafında.
Yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
İnkişafı üçün çürümüş enliyarpaqlı ağac növlərinə tələbatdır.
Populyasiyanın vəziyyətinə nəzarət, yeni əmələgəlmə yerlərini aşkarlamaq və mitselilərini kultura kolleksiyasında saxlamaq. Çox nadir hallarda təsadüf edildiyi üçün qorunması vacibdir.