Məsaməlik

Məsaməlik material xassəsi olub, daxilində bu və ya digər səbəbdən yaranan boşluqların (məsamələrin) nisbətini göstərir. Qiyməti 0÷1 (və ya 0 dan 100%-ə qədər) arasında yerləşən vahidsiz ölçüyə malikdir. Materialın sıxlığı bir başa onun məsaməliyindən asılıdır. Materialın hissəciklərinin ölçülərinin məsaməliyə təsiri yoxdur. Hissəciklərin forması və materialda paylanması isə bunun əksinə olaraq bir-başa məsaməliyə təsir edir. Məsaməliyin hissəciklərin ölçüsündən asılı olması kürə ilə izah olunan misaldan aydın görünür.

Məsaməliyin təyini

[redaktə | mənbəni redaktə et]

O, materialın sıxlığının ideal sıxlığa nisbəti ilə təyin olunur: 

, Burada:

  • — məsaməli materialın faktiki sıxlığı, kq/m³
  • , burada:
    • — məsaməli nümunə kütləsi, kq
    • — məsaməli nümunə həcmi, m³

Bu asılılıq ölçüsü 100 mkm-dən böyük olan hissəciklərin ölçülməsi zamanı üst-üstə düşür. Daha xırda ölçülü dənəciklərdə məsaməlik kəskin artır. Bu, dənəciklər arasında mövcud olan cazibə qüvvəsi ilə izah olunur. Bu qüvvə dənəciyin səthi (d2) ilə mütənasibdir. Ona görə də, incə dənəvərliyə malik kütlədə təsadüfən yaranmış körpülər qalır. İncə dənəciklər böyük hissəciklərə böyük cazibə qüvvəsi ilə (öz çəkilərindən 10÷100 dəfə böyük) yapışırlıar. Hətta silkələmək və titrətməklə onların arasındakı boşluqları doldurmaq olmur. Məsaməliyin ölçülməsinin ən geniş yayılmış üsulu materiala maye daxil etməklə ölçmə üsuludur. Bunun üçün məsaməli material, həcmi məlum olan maye ilə dolu qaba daxil edilir və mayenin materiala hopması müşahidə olunur. Material doyandan sonra onun udduğu suyun həcminə əsasən materialın daxilindəki boşluqları-məsamələri dolayı yolla tapmaq olur. Metalların həqiqi sıxlığını və bununla məsaməliyi Arximed üsulunun tətbiq etməklə tapılır. Maşın hissələrində məsamələyin böyük olması onların möhkəmliyinə mənfi təsir göstərir. Böyük maye təzyiqi altında işləyən gövdələr tətbiq olunmazdan öncə xüsusi təzyiq üsulları ilə kipliyə yoxlanılırlar.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.