Mətləb Quliyev | |
---|---|
Mətləb Kamran oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Ağdam, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Şəhidlər xiyabanı |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi | Baş leytenant |
Təltifləri |
Mətləb Quliyev (9 yanvar 1959, Jdanov – 31 avqust 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]
9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. Əslən Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır.
Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır, məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.