Məşhəd | |
---|---|
مشهد | |
36°17′50″ şm. e. 59°36′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 818 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 982 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | ۰۵۱۳ |
Digər | |
mashhad.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhəd — İranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir.
Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736–1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir. Rəvayətə görə İmam Rza burada öldürülmüşdür. Onun məqbərəsi şiə bayramları dövründə ziyarət ocağına çevrilir. Belə bayramlarda şəhərin əhalisi təqribən 2 dəfə artır.
Məşhəd memarlıq abidələri ilə zəngin bir yerdir. Burada Gövhərşad məscidi, Şah məscidi, Nadir şahın məqbərəsi və onun at üstündə tuncdan heykəli var. Qədim Tus şəhərinin xarabalığı Məşhəddən 25 km aralıdır. X əsrə aid körpü, Firdovsinin qəbri və s. qalmışdır.
Məşhədə metal emalı, toxuculuq, dəri-ayaq, yeyinti sənayəsi sahələri vardır. Kustar sənətkarlıq (zərgərlik və xalçalıq) öz əhəmiyyətini saxlayır. Şəhərdə qədim tarixə malik kitabxana, universitet var.
Məşhəd şəhərində məqbərəsi imam Rza məqbərəsinin ətrafında Yerləşən erməni kilsəsi Müqəddəs Mesrop, Nadir Şahın türbəsi, Səfəvilər dövrünün Şah hamamları, məscidlər: Molla Heydər məscidi, imam şagird yerləşir.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |