Nəhəng maral | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nəhəng maral |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Nəhəng marallar (lat. Megaloceros) — Marallar fəsiləsinə aid nəsli kəsilmiş heyvan cinsi. Onlar əsasən Avrasiya və Şimali Afrika boyunca yayılmışdır.
Bu cinsə daxil olan növlər arasında Megaloceros obscurus alt pleystosen dövründə yaşamışdır. Onlar Böyük buynuzlu marala yaxınlığı ilə seçilir. Böyük buynuz marallar isə 400 000 il önçə yaranmış və 7 500 il önçə isə nəsli kəsilmişdir. Onların qalıqlarına Qərbi Avropa, Şimali Afrika, Sibir və hətta Çinə qədər olan ərazilərdə rast gəlinir. Xüsusi ilə İrlandiya və Almaniyanın bataqlıqlarında çoxlu qalıqlar aşkarlanmışdır. Bu onu göstərir ki, bu marallar təkcə çöllüklərdə deyil, həm də seyrək meşələr və onların yaxınlığında da yayılmışdılar. Buzlaşma dönəmində artıq Avropada nəhəng marallar tükənmişdi. Onlar bu ərazilərdən bütünlüklə 11,5 min il öncə yox olmuşdular. Bundan 3 000 il sonra isə onların artıq Sibirdə belə nəsilləri tükənir. Bu canlıları sonradan sığınlar və cervus canadensislər əvəz edir.
Müasir alimlərin araşdırmasına görə Lan və Nəcib maral nəhəng marallarla qohumluğu vardır. Bənzərlik baxımında nəhəng marallara bənzəyən sığınlarla onlar arasında yaxın qohumluq yoxdur.
Belə bir məlumat vardır ki, I Pyotr Saksoniya kralı Güclü Avqusta bu maralların buynuzunu hədiyyə kimi bağışlamışdır. Hazırda isə bu hədiyyə ov qənimətləri mərkəzində Moritsburq qəsrində Drezden yaxınlığında saxlanılır.
Böyük buynuzlu marallar böyük marraların ən irisidir. Onlar indiki sığınlardan iri olmuşlar. Bununla belə onların çəkisi elə də çox olmamışdır. Sadəcə ayaqları uzun olmuşdur. Bununla belə nəhəng buynuzlu marallar heç də ən iri maral olmamışlar. Elə sığın növləri vardır idi ki, onların çəkisi 1400 kq keçirdi. Bu isə adı çəkilən çinsə daxil marallardan çəki baxımından daha ağır idi (Cervalces latifrons).
Bütün nəhəng maralların hamısı iri olmamışlar, onlar arasında da cırtdanlaşmaya məruz qalan və Korsika və Sardiniya adalarında yayılmış Megaloceros cazioti növü olmuşdur. Onlar cəmi bir metr hündürlüyə malik olmuşlar.
Sığından fərqli olaraq Nəhəng marallar yarpaqlarla deyil, otlarla qidalanırdılar. Bütün dırnaqlı heyvanlar kimi onların da sürü halında yaşaması ehtimal olunur.
Əvvələr bir çox alimlər nəhəng maralların nəslinin kəsilməsinə əsas səbəb kimi Buzlaşma dövründən sonra meşəlik sahələrinin genişlənməsini göstərirdilər. Belə ki, onların iri buynuzları meşədə yerləşən ağaclara ilişərən onların düşmənləri üçün asan şikara çevrilməsinə səbəb olurdu. Bununla belə onlar 100 000 illərlə yaşayan calılar olması fikirin daha geniş kanteksdə işlədilməsinə imkan vermir. Belə qəbul edilir ki, butun nəhəng canlılar kimi onlar da eyni səbəbdən nəsilləri kəsilmişdir.