NATO–Rusiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Digər | |||||
Quruluş tarixi | 1991 | ||||
Vikianbarda əlaqəli mediafayllar |
NATO hərbi alyansı ilə Rusiya Federasiyası arasında münasibətlər ilk olaraq 1991-ci ildə Şimali Atlantika Əməkdaşlıq Şurası çərçivəsində qurulmuşdur. 1994-cü ildə Rusiya Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmuş və 27 may 1997-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən NATO Sammitində NATO-Rusiya Daimi Birgə Şurasının (NATO–Russia Permanent Joint Council; NRPJC) yaradılmasına imkan verən NATO-Rusiya Təsis Aktı (NRFA) imzalanmışdır. 2010-cu illərin əvvəllərində NATO və Rusiya əməkdaşlıq haqqında bir sıra əlavə sazişlər imzaladılar. NRPJC 2002-ci ildə təhlükəsizlik məsələlərində və birgə layihələrdə tərəfdaşlıq etmək məqsədilə yaradılmış NATO-Rusiya Şurası (NRC) ilə əvəz edilmişdir.
Rusiya və NATO arasında əməkdaşlığı təşviq edən forumların qurulması səylərinə baxmayaraq, postsovet münaqişələri, o cümlədən Azərbaycan (1990–1994)[1][2] Moldova (1992-indiyədək); Gürcüstan (2004 — indiyədək) ; Litva (2006); Estoniya (2006–2007); Polşa (2006-indiyədək) ; Belarusiya (2007); Ukrayna (2014-indiyədək) ; Suriya (2015-indiyədək); Türkiyə (2015–2016) ; Qazaxıstan (2021–2022);[3] və Ermənistanda (2022)[4][5] baş verən ərazi mübahisələri səbəbindən zamanla ciddi şəkildə münasibətlər gərginləşmişdir.
Rusiya-NATO münasibətləri 2004–2005-ci illərdə Ukraynada Narıncı inqilabdan və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra əhəmiyyətli dərəcədə pisləşməyə başladı. 1 aprel 2014-cü ildə NATO yekdilliklə Krımın Rusiyanın ilhaqına cavab olaraq bütün praktiki əməkdaşlığı dayandırmaq qərarına gələndə vəziyyət daha da pisləşdi. 2021-ci ilin oktyabrında NATO-nun səkkiz rusiyalı məmuru Brüsseldəki qərargahından qovması hadisəsindən sonra Rusiya NATO-dakı missiyasını dayandırdı və NATO-nun Moskvadakı ofisinin bağlanmasına göstəriş verdi.[6][7]
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi NATO-Rusiya münasibətlərinin 1991-ci ildə Soyuq müharibənin başa çatmasından sonra ən aşağı nöqtəyə enməsinə səbəb oldu. NATO-nun 2022-ci il Madrid sammitində Rusiya "Avro-Atlantik təhlükəsizliyi üçün birbaşa təhdid" elan edildi, NATO-Rusiya Şurası fəaliyyətini dayandırdı.[8] Rusiya rəsmiləri və təbliğatçıları bütün NATO və Qərblə "müharibə vəziyyətində" olduqlarını iddia etsələr də, NATO əsas diqqətinin Rusiya ilə vuruşmağa deyil, Ukraynanın özünümüdafiəsinə yardım etməyə yönəldiyini bildirir.[9][10]