Nabukko | |
---|---|
it. Nabucco | |
Bəstəkar | Cüzeppe Verdi |
Librettoçu | Temistokle Solera |
Dili | italyanca |
Süjet | Bibliya hekayəsi əsnasında |
Janr | Faciə |
Pərdə | 4 |
Səhnə | 7 |
Yaradılma tarixi | 1841 |
İlk səhnələşdirmə |
9 mart 1842[1] La Skala[1] |
Müddəti | 135 dəq. |
Personajlar |
Personajlar: |
Premyera |
Milan, “La Skala” |
Vikianbarda əlaqəli mediafayllar |
Nabukko (it. Nabucco) — Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır. Əsərin ilk premyerası 9 mart, 1842-ci ildə Milanda, La Skala səhnəsində oynanılmışdır. Verdinin sayca III operası olan Nabukko ona böyük şöhrət qazandırmışdır. Operada yəhudi xalqının əzabkeşliyindən, onların babillilərin əsiri olmasından, sonra isə Babil hökmdarı Nabuxodonosorom tərəfindən vətənlərinə dönmələrinə izin verilməsindən danışılır.
Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğrudan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir. Onun müqabilində 1841-ci ilin martında yazmış olduğu it. “IL proscritto” operası uğursuzluğa uğrayır. La Skala onun ilə müqaviləni ləğv edəndən sonra Nabukko operasının zəfərinə son dərəcə hiddətlənmiş olur.
Nikolay Ottonun tənqidi azlıqda qalır. Deyilənlərə görə ilk dəfə xorun it. “Va, pensiero” ("Uç düşüncə") ifası tamaşaçı alqış sədaları ilə müşayət olunmuş və təkarən bir daha istənilmişdir ki, bu da o dövr üçün yolverilməz idi. Sonrakı tədqiqatlar göstərmişdir ki, məhz bu ifadan sonra bu musiqi parçası İtaliyanın müsəqilliyi uğrunda mübarizənin marşına — Risorcimento himninə çevrilmiş olur.
Personajlar | Səslər |
---|---|
Nabukko, Babil hökmdarı | bariton |
Abiqail | soprano |
Zaxariya | bas |
İsmayıl | tenor |
Fenena | mezzo-soprano |
Anna, Zaxariyanın bacısı | soprano |
Abdalla | tenor |
Baş kahin | bas |
Zaman: e.ə. 587-ci il Məkan: Yerusəlim, Süleyman peyğənbərin məbədi.
Babil hökmdarı Yerusəlimə hücum edir. İsrail əhli məbəddə ibadət edirlər. Baş rahib Zaxariya onları ümidsizliyə qapanmamağa və tanrıya inanmağa çağırır (D’Egitto là su i lidi / o, Musanı Misir sahillərində xilas etmişdir). İsrail əhli girov kimi Nabukkonun kiçik qızını saxlayırlar. Bu onlar bir müddət sülh əldə etməyə imkan verir (Come notte a sol fulgente / "Günəşin qabağında zülmət kimi"). Zaxariya Fenenanı yəhudi hökmdarının qohumu və Babildə keçmiş əsir elçi olmuş İsmayıla həvalə edir. Onlar təklikdə qalarkən keçmişi; bir-birilərini sevməsini və Fenenanın İsmayılın əsirlikdən qaçmasına necə yardım etməsini xatırlayırlar. Bu an Nabukkonun böyük qızı Abiqail döyüşçülərlə məbədə daxil olur. Abiqail da İsmayıla aşiqdir. Onları bir yerdə görüncə İsmayılı hədələyir: əgər o, Fenenadan əl çəkməzsə onda bacısını satqınlıqda günahlandıracaqdır. Əksinə onun sevgisinə qarşılıq verərsə dərhal atası Nabukkodan israil əhli üçün aman diləyəcəkdir. İsmayıl onu sevə bilməyəcəyini deyir. Abiqail isə ondan qisas alacağına söz verir. Nabukko döyüşçülərin müşayətilə gəlir (Viva Nabucco / "Nabukko çox yaşa"). Zaxariya onun qarşısını çıxıb: məbədə hücum edəcəyi təqdirdə qızı Fenenanı öldürəcəyi ilə hədələyir. Bu an İsmayıl rahibi tərkisilah edərək qızı azad edir. nabukko məbədi yerlə-yeksan etməyi əmr edir. Zaxariya başda olmaqla israillilər İsmayıla nələt oxuyurlar[4].
Nabukko Fenenanı israil əhli üzərində regent təyin edərək, özü isə israillilərlə müharibəni davam etdirir. Abiqail onun bir qul qızı olmasını sübut edən dəlil tapır. Bu isə onun taxta sahib olamasını mümkünsüz edir. Nabukkonun onunla müharibədə iştirak etməsinə izin verməməsini ağrı ilə qarşılayır (Anch’io dischiuso un giorno /"Bir dəfə mən də qəlbimi xoşbəxtlik üçün açmışdım"). Baş rahib Abiqaila Fenenanın israilli əsirləri azad etdiyini deyir. Rahib Abiqaili Babil taxtına çıxartmaq məqsədi ilə hökmdar Nabukkonun ölüm xəbərini yayır. Abiqail taxtı zəbt etməyə qərarlıdır (Salgo già del trono aurato / "Mən artıq qızıl taxta çıxıram").
Zaxariya hədis oxuyur (Vieni, o Levita / "Gəlin, ey Levitlər!"), sonra Fenenanı çağırır. Bir qrup levitlər İsmayılı satqınlıqda günahlandırırlar. Zaxariya Fenena və bacısı Anna ilə qayıdırlar. Anna levitlərə deyir ki, Fenena onların inancını qəbul etmişdir və onları İsmayılı əhv etməyə çağırır. Abdallo Nabukkonun öldüyünü və Abiqailin üsyan qaldırdığını deyir. At üstündə gələn Abiqail Fenenadan tacını verməsini tələb edir. Bu an qəflətən Nabukko peyda olur; o, kütləni yarıb keçərək tacı ələ keçirib özünü nəinki Babilin hökmdarı həm də tanrısı elan edir. Bunu görən Zaxariya onu nələtləyir və tanrı qəzəbini ona xatırladır; bundan hiddətə gələn Nabukko bütün israilliləri öldürməyi əmr edir. Fenena atasına israillilərin inancını qəbul etdiyini və onların taleyini bölüşdüyünü deyir. Qəzəbli Nabukko təkrar edərək onun özünün tanrı olduğunu deyir (Non son piu re, son dio / "Mən daha hökmdar deyil tanrıyam"). Bu zaman onun başı üzərində ildırım çaxır; Nabukko ağlını itirir. Onun başındakı tac Abiqailin əlinə düşür və özünü hökmdar elan edir.
Abiqail özünü hökmdar elan etdikdən sonra taxta oturub, ali kahinin iştirakı ilə zadəganlardan bəxşişlər qəbul edir. Ağlını itirmiş Nabukko daxil olur. Abiqail ona israilli əsirlərin o cümlədən dinini dəyişmiş Fenenanın qətl fərmanını imzalamaq üçün ona verir. Nabukko məsələdən agah olanda artıq gec olur. O, Abiqailın bu hərəkətinə qarşı çıxır və onun kimliyini sübut edən sənədi açıqlayacağı ilə hədələyir. lakin sənəd artıq Abiqail tərəfindən məhv edilmişdir. Qözətçilərə Nabukkonu həbs etməyi əmr edir. Nabukko qızı Fenenanı ölümdən qurtaracağı təqdirdə taxtı rəsmən ona tapşıracağını şərt qoysa da Abiqail onu rədd edir.
Ağır və dözülməz həyatdan bezmiş əsir yəhudilər yur-yuvasızlıqdan şikayət edərək tanrıdan imdad diləyirlər (əsirlər xoru it. „Va, pensiero“). Zaxariya onları səbir etməyə tanrıya sığınmağa çağırır. Tanrı bütün bunların əvəzini mütləq çıxacağını deyir.
(italyanca) Va, pensiero, sull’ali dorate; |
(azərbaycanca, hərfi tərcümə) Uç düşüncə, qızıl qanadlar üstə; |
Nabukko sayıqlayaraq özünə gəlir. Görür ki Fenena qandallı ölümə gedir. Çarəsizlikdən yəhudilərin tanrısına günahından keçməsini yalvararaq dualar edir. Əgər onun duaları qəbul olunarsa (Dio di Giuda / "Yəhudilərin tanrısı!). Yerusəlim məbədini bərpa edəyəcəyinə söz veir. Müəmmalı şəkildə onu ağılı və gücü təzədən ona qayıdır. Abdalla və sadiq döyüşçülər onu azad etməyə gəlirlər. Nabukko əsirləri azad etməyi və satqını cəzalandırmağı qərara alır.
Fenenanı və israilli əsirləri qurbangaha aparırlar (Va! La palma del martirio / "Get, şəhadət xurmasını dad"). Fenena özünü ölümə hazırlayır. Bu zaman Nabukko döyüşçüləri ilə gəlir. Vaal bütünü dağıdaraq yəhudilərin tanrısına itaət edir, bütün israilliləri azad edir. Döyüşçülər Abiqaili gətirirlər. O, artıq zəhər içərək özünə qəsd etmişdir. Son nəfəsində Fenenadan əhv diləyərək tanrıdan günahlarından keçməsi üçün dua edir və ölür. Zaxariya Nabukkonun tanrının xidmətçisi və hökmdarlar hökmdarı elan edir.