Nabur

Nabur
40°37′56″ şm. e. 48°55′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 778 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.000 nəf.
Xəritəni göstər/gizlə
Nabur xəritədə
Nabur
Nabur

NaburAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi mənbələrdə

[redaktə | vikimətni redaktə et]

Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır.

Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır.[1]

Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır.

Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir[2].

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb. Bakı. 2007. səh.427
  2. MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)